SON XƏBƏRLƏR

Qırğızıstanda yenidən ara qarışıb

2021.10.20, 07:36
Qırğızıstanda yenidən ara qarışıb

Gunaz.tv

GünAzTv: Cəlilabad və Oşda Kurmanbəy Bakiyev və müvəqqəti hökumətin tərəfdarları arasında qarşıdurma yaşanır.

 

Qırğızıstanın cənubunda, Cəlalabad şəhərində devrilmiş prezident Kurmanbəy Bakiyevin tərəfdarları və əleyhdarları arasında toqquşma başlayıb. “AKİpress” agentliyinin  verdiyi məlumata görə, Kurmanbəy Bakiyevə qarşı çıxan və müvəqqəti hökumət tərəfindən dəstəklənən Ata-Meken Partiyasının üzvləri və Kurmanbəy Bakiyevin tərəfdarları bir-birlərinə daş atır, ağacdan istifadə edirlər.

 

Atəş səsləri də eşidilir. Hələ ki, üç yaralı var, onlardan birinə odlu silahdan atəş açılıb. 

 

Oş şəhərində də qarşıdurma başlayıb. Müdafiə naziri Oşda qayda-qanunu bərpa etmək üçün bu şəhərə uçub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar