SON XƏBƏRLƏR

İran qarşı yeni sanksiyaların tətbiqi məsələsində Rusiya və ABŞ getdikcə yaxınlaşır

2021.10.20, 07:36
İran qarşı yeni sanksiyaların tətbiqi məsələsində Rusiya və ABŞ getdikcə yaxınlaşır

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama və Rusiya prezidenti Dmitri Medvedev müşavirlərinə İran qarşı yeni sanksiyaların tətbiqi istiqamətində səylərin birləşdirilməsi ilə bağlı təlimat verib. Bu barədə SİA “cnnturk”ə istinadən xəbər yayıb.

Ağ Evin açıqlamasında dövlət başçılarının İran məsələsini telefonla müzakirə edildiyi bildirilir. Açıqlamada iki liderin BMT Təhlükəsizlik Şuranının İrana tədbiq etmək istədiyi yeni sanksiyalarla bağlı razılaşmanı problemin həllində inkişaf kimi qiymətləndirilir.

 Kremldən verilən açıqlamada da iki ölkə prezidentinin telefon vasitəsilə İranın nüvə problemini müzakirə etdikləri vəbər verilir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Raysın təşkilatda İranın nüvə problemi ilə bağlı jurnalistlərin suallarına cavab verib. BMT Təhlükəsizlik Şuranının 5 daimi üzvü və Almaniya arasında sanksiyalar məsələsində danışıqların sıx bir şəkildə davam etdirildiyini deyən Rays bildirib ki, məsələni həll etmək üçün iki variantdan istifadə edilir: “Biz təzyiqləri davam etdirməklə yanaşı, həm də diplomatiyanın imkanlarından yararlanmağa çalışırıq. İranın hələ seçim haqqı var. Əgər səhv etsə, təzyiqlərimiz artacaq".

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Braziliya prezidenti Luis İqnasio Lula da Silvanın bu məsələdə vasitəçiliyinə toxunan Rays bildirib ki, Braziliya prezidentinin İrana səfəri ilə yanaşı “5+l” ölkələrinin də danışıqları davam etdirilir. Qeyd edək ki, aralarında Braziliya prezidentinin də olduğu 9 dövlət və hökumət başçısı gələn həftə İranda təşkil ediləcək “G15”-in toplantısına qatılacaq. Toplantıda İranın nüvə məsələsinin diplomatik həll yolları müzakirə ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar