Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv rəhbəri Əhməd Obalının "Şərq" qəzetinə müsahibəsi olduğu kimi:
Güney Azərbaycan türklərinin haqq səsini dünyaya çatdıran, onların problemlərini qabardan, milli-mənəvi verilişləri ilə dünyaya Amerikadan yayımlanan bir televizya kanalı var ki, o da Güney Azərbaycan Televiziyasıdır. Fəaliyyətə başladığı 5 ildə ən azından 30 milyonluq Güney Azərbaycan türkünün sevimlisinə çevrilən GünAZ.TV bu illər ərzində bir çox çətinliklərlə də üzləşib. Belə ki, yayımda olan problemlər və İran rejimi tərəfindən müəyyən basqılar olsa da, kanal yenə də əvvəlkitək fəaliyyətini davam etdirir. Hazırda Bakıda olan GünAZ.TV-nin rəhbəri Əhməd Obalı ilə imkan tapıb söhbətləşə bildik. O, "Şərq"ə müsahibəsində rəhbərlik etdiyi telekanalın 5 illik fəaliyyətindən, qarşıda duran vəzifələrdən və bundan sonrakı planlarından danışdı. Ə.Obalı eyni zamanda ABŞ-ın İranı vuracağı ilə bağlı da maraqlı fikirlər səsləndirdi. . . - Bizim kanal 5 il öncə yarananda Telstar 12-dən yayılırdı. Elə indi də oradan yayımlanır. Sonra biz TürkSatı da əlavə etdik və bir müddət bu dalğa ilə yayımlandıq. Amma İranla Türkiyə arasında müzakirələr aparıldı və məlum oldu ki, bizim televiziya daha TürkSatdan yayımlana bilməz. Və İran siqnal buraxdı, GünAz.TV TürkSatda yayımını dayandırdı. 2006-cı ilin fevral ayında İranın daxili işlər naziri Türkiyəyə səfər etdi. O zaman İranla Türkiyə arasındakı təhlükəsizlik məsələsini İran qəbul etmirdi. Amma 2006-cı ildə təhlükəsizliklə bağlı olan məsələdə iki ölkə arasında müqavilə imzalanandan sonra GünAz.TV-nin yayımı TürkSatda dayandırıldı. Biz bundan narahat deyilik. TürkSatdan çıxardılar, bu bizim türk qardaşlığımıza kölgə sala bilməz. Kanal yarananda qarşısına məqsədlər, hədəflər qoyub. Biz, sadəcə, maarifləndirmə işi aparmaq istəyirik. Televiziya ilə nə inqilab etmək olar, nə başqa bir şey. Bizim belə bir hədəfimiz də yoxdu. Sadəcə, istədik ki, insanlar maariflənsinlər, oyansınlar. Güneydəki türklər oyansalar, bir çox işləri görəcəklər. Şükür Allaha, artıq Güneydəki soydaşlarımız qismən də olsa maarifləniblər, əsas hədəfləri azərbaycançılıqdır. Biz GünAZ.TV-də, sadəcə, dilimiz, ədəbiyyatımız, tariximiz, keçmişimiz haqqında bilgilər veririk. Demək olar ki, kanalımız qarşısına qoyduğu beşillik hədəfə çatıb. Təbii ki, bu işləri bundan sonra bir az genişləndirmək lazımdır. - Fəaliyyətinizə qadağalar qoyulurmu, çətinliklər varmı? - Düzdü, bəzi qadağalar var. Amma bu bizə o qədər də təsir etmir. Çünki biz Amerika kimi azad bir məmləkətdə yaşayırıq, fəaliyyətimizin əsas hissəsi ora ilə bağlıdır. Güney Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Orada işimizə əngəl törədilir, insanlarımızdan öldürülənlər olur. Amma bunlar bir millətin istəyinin qarşısını alan işlər deyil. Ala bilsə də, bu müvəqqətidir. Yetər ki millət nə istədiyini bilsin. O halda millətin qarşısında dayanan olmayacaq. Bizim əleyhimizə təbliğat çoxdur, işimizi töhmətləyənlər var, fəaliyyətimizə ləkə vururlar, o dövlətlə, bu dövlətlə bağlayırlar. Amma mən bundan narahat deyiləm. Bizi hansısa dövlətlə bağlamaq təbii bir şeydir. Bunların heç bir faydası yoxdur. GünAZ.TV Güney Azərbaycanın istiqlalı mücadiləsindədir, Güney türklərini maarifləndirməklə məşğuldur. Fəaliyyətimizdə səhvlər də var, yaxşı işlərimiz də az deyil. Əsas odur ki, millətimizə xidmət edirik. Yetər ki, səmimiyyətlə niyyət düz olsun. - Rəhbərlik etdiyiniz kanal növbəti illər üçün hansı məqsədləri qarşısına qoyub? Bir məlumat da əldə etmişik ki, telekanalın verilişləri bundan sonra başqa formada olacaq... - GünAZ.TV fəaliyyətə başlayan zamandan biz daha çox telekörpüyə, danışıqlara, siyasi müzakirələrə yer vermişik. Və bu da lazım idi. Bəzi tablolar qırılmalı idi. Bir müddət öncə Bütöv Azərbaycanla bağlı danışılanda bəzilərinin qulağı taqqıldayırdı. Yəni Cənubda buna inam yox idi. Güneyli soydaşlarımıza maraqlı gəlirdi və bir az da onlar Bütöv Azərbaycan məsələsini təəccüblə qarşılayırdılar ki, belə bir şey ola bilərmi. Telekanalımız fəaliyyəti dövründə bu fikirləri formalaşdıra bildi. Maarifləndirici proqramlar efirə vermişik bu illər ərzində. Əslində biz televiziya olmaq da istəmirik. Niyyətimiz o deyil ki, GünAZ.TV-ni nüfuzlu bir telekanal kimi gündəmə gətirək. Sadəcə, telekanaldan, onun gücündən öz məqsədlərimizə çatmaq üçün faydalanmaq istəyirik. GünAZ.TV dünya standartlarına uyğun televiziya kanalı deyil. Bizə yüz milyon da versələr, şou proqramlar və yaxud da digər əyləncə xarakterli verilişlər yayımlayan deyilik. Sadəcə, bizim bir hədəfimiz var, o da azərbaycançılıqdır. Onun üçün də biz telekanalımızdan bu yöndə istifadə edirik. Gələcəkdə tarixlə, muğamımızla, kaman-tarımızla, sazımızla bağlı proqramlarımız olacaq. Yəni verilişlərimiz bu günə kimi danışıqlar, siyasi müzakirələr yönümdə idisə, bundan sonra bir az dəyişiklik olacaq. O mənada dəyişiklik ki, mədəniyyətimizlə, tariximizlə, keçmişimizlə bağlı proqramlara daha çox yer verəcəyik. - GünAZ.TV Güneydə baş verən prosesləri mütəmadi olaraq işıqlandırır. Sizə elə gəlmir ki, kanal haqqı tapdanan güneyli soydaşlarımızın səsinin dünyaya çatdırılması üçün bir ümid yeridir? - Tamamilə doğrudur. Məsələn, Təbrizdə bir piket olmuşdu ki, bizim əməkdaşlarımızdan bir neçəsi gizli olaraq videoya çəkib bizə göndərmişdilər. O kadrları izləyəndə gördüm ki, bir nəfər deyir ki, yaxşı olardı ki, bu aksiya ilə bağlı GünAZ.TV-yə xəbər veriləydi. Bu sözü deyən insanın xəbəri olmayıb ki, kanalın əməkdaşı bunu çəkir. Amma görünən odur ki, GünAZ.TV ümid yerinə çevrilib. Bizim kanalımız millətə yalançı vədlər vermir. Amma haqqı tapdanan soydaşlarımızın haqq səsinin çatdırılmasında rolu var. Biz siyasətçi deyilik ki, güneylilərə vəd verək ki, filanı filan edəcəyik. Sadəcə, onlarla bağlı məsələləri işıqlandırırıq və maarifçilik işi aparırıq. - Son vaxtlar nüvə məsələsinə görə ABŞ-ın İranı vuracağı, müharibə olacağı fikirləri səsləndirilir. Müharibə baş verərsə, Güneydəki hərəkat daha da inkişaf edə bilərmi? - Biz müharibəni yox, müharibə olacaqsa, Azərbaycan türklərinin xeyrini hesablamalıyıq. Mən Amerika vətəndaşıyam. Bilirəm ki, bu dövlət özünün mənafeyini heç kimə verməz. O öz mənafeyinin arxasında olduğuna görə maraqlarına uyğun olanı edəcək. Bu, bizdən asılı deyil ki. Yəni bizim fikrimiz Amerikanın siyasətini dəyişmir. Sadəcə, biz öz mənafeyimizi fikirləşməliyik. Düşünməliyik ki, ABŞ İranı vursa, müharibə olsa və yaxud da olmasa, qazancımız nədir, itirəcəyimiz nədir. Biz bunları müzakirə etməliyik. Bəziləri deyirlər ki, ABŞ İranı vursa, Şimali Azərbaycanda böyük qaçqın ordusu yaranacaq. Hesab edirəm ki, bu, səhv yanaşmadır. Necə yəni qaçqın ordusu yaranacaq? Güney Azərbaycandan Quzey Azərbaycana pənah gətirənlərə qaçqın demək olmaz. Qaçqın güneylilərin və yaxud da quzeylilərin mənim kimi ABŞ-a, Avropaya mühacirətə getməsidir. Axı Quzey Azərbaycan güneyli türklərin dövlətidir, ümid yeridir, pənah yeridir. Hara getməlidirlər ki onlar? Yaxşı olar ki, ABŞ İranı vursa, Güney azərbaycanlılar İraqa üz tutsunlar? Xeyr, yaxşı olmaz. Onlar bura gəlməlidirlər. Çünki bura güneylilərin vətənidir. Ona görə də hesab edirəm ki, Güneydən gələnləri qaçqın adlandırmaq doğru deyil. - ABŞ-ın İranı vurması Bütöv Azərbaycanın yaranmasına təkan verə bilərmi? - Məncə, ABŞ-ın İranı vurmasının Bütöv Azərbaycana xeyri var. Çünki Bütöv Azərbaycanın yaranmasının qarşısını alan amillərdən biri də irançılıqdır. Bütün çatışmazlıqlara baxmayaraq Güneydəki türklər üçün Quzey Azərbaycan ümid yeri, sığınacaq yeridir. İran da bunu bilir və oranı qorumaq üçün buranı dağıtmağa çalışır. İran dövlətinin Bakı ilə heç bir düşmənçiliyi yoxdur. İntriqalar Təbrizə görədir. Əgər Cənubda Azərbaycan türkləri olmasaydı, İranla Azərbaycan ən gözəl dost olardı. Güneyin Quzeylə birləşməsi üçün İran dağılmalıdır. Mən qan tökülməsinin, müharibənin tərəfdarı deyiləm. Amma bəşəriyyət üçün də, Güney azərbaycanlıları üçün də İranın dağılması xeyirlidir. Çünki İran şovinizminin dağılması ilə bir çox millətlər öz azadlıqlarına qovuşacaqlar. Yəni bir məmləkətin dağılmasını faciə kimi deyil, bəşəriyyətə xeyir kimi görmək lazımdır. Təsəvvür edin ki, sovetlər birliyi dağıldı. Bu, bir məmləkətin, imperiyanın dağılması idi. Amma bunun nəticəsi nə oldu? Müstəqil dövlətlər yarandı. Düzdü, yeni yaranan dövlətlər iqtisadi, sosial cəhətdən çətinliklərlə üzləşdilər və bəziləri hələ də bunu çəkirlər. Amma bunlar keçici şeylərdir. Yenə də deyirəm ki, mən müharibənin, savaşların, insanların qanının tökülməsinin tərəfdarı deyiləm. Amma İranın dağılması məntiqi bir sonucdur. Düzdü, deyə bilərlər ki, ABŞ-ın İranı vurması Güneydə yaşayan Azərbaycan türklərinin də qanının tökülməsinə səbəb olacaq. Düzdü, olacaq. Amma burdan Bütöv Azərbaycan üçün də nəsə əldə olunacaq. İran-İraq müharibəsində minlərlə Azərbaycan türkü də döyüşdü, həlak oldu. Amma sonucda soydaşlarımıza nə çatdı? Yəni Azərbaycan türklərinin bu müharibədən qazancı nə oldu? Heç nə. Amma ABŞ İranı vursa və İran dağılsa, millətlər də öz müstəqilliklərinə yiyələnə bilərlər.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu