SON XƏBƏRLƏR

Azərbaycanın mübariz ruhaniləri ayətullah Məkaremi Şirazinin hökmünü etibarsız saydı

2021.10.20, 07:36
Azərbaycanın mübariz ruhaniləri ayətullah Məkaremi Şirazinin hökmünü etibarsız saydı

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın mübariz ruhaniləri ayətillah Məkaremi Şiraziyə onun son günlərdəki açıqlaması ilə bağlı məktub yazıblar.

Məktubda deyilir:

 

Ayətullah Məkaremi Şirazi cənabları sizdən xahiş edirik buyurun ki, sizin Qarabağın işqalı, şiə Azərbaycanlıların qətliamı və onların torpaqlarının işqalı ilə bağlı mövqeinin nədən ibarətdir? O torpaqlar ki orda ermənilər müsəlmanların məscidlərini yerlə bir edib və yerində ayaqyolu tikiblər. müsəlman şiələrin evlərini və var dövlətini qəsb edib, onları sərgərdan ediblər. sual edirik bu qəsbkarlarla əməkdaşlıq etmək doğrudur yoxsa deyil? Və əgər doğru deyilsə nə üçün sizin dəstəklədiyiniz İran İslam Respublikası bu qəsbkarlar və işqalçılarla əməkdaşlıq edir?! Və nə üçün bu günə qədər islamın bu düşmənləri barədə heç bir fitva verilməyib və diqqətdən kənarda qalıb?!

 

Məktubun başqa paraqrafında dərc olunub ki, bu günə qədər islam torpaqlarını qəsb edən, müqəddəs islamı təhqir edən və minlərcə cinayət törədən ermənilərin işqalına göz yumaraq indi isə Qarabağ müsibəti ilə üz-üzə qalan Azərbaycanlı Şiələri qıcıqlandırıb, ölkədə iğtişaş yaratmaq məqsədi ilə hökm çıxarırsınız.

 

Siz və sizə oxşar müctehidlər bu günə qədər  Azərbaycan şiə türklərinin müsibətinə göz yumduğunuz üçün, ermənilərin cənayətlərini məhkum etmədiyiniz üçün, indiki hökmünüz ictmaiyyəti zəhərləndirmək deməkdir. O üzdən biz, Azərbaycanın mübariz ruhaniləri, Azərbaycanlı Şiələrə elan edirik ki, sizin hökmünüz etibarsizdir və sizin Azərbaycan əleyhinə cihad dəvətiniz, işqalçı ermənilərlə əməkdaşlığınızın bariz əlamətidir.

 

Məktubun Sonunda qeyd olunub ki, biz sizdən tələb edirik ilk olaraq,  şovinist farsların digər millətlərin ilahi neməti olan ana dillərini məhv etməklə bağlı, həmçinin işqalçı ermənilərin qınanması ilə bağlı hökm verin, sonra sizin buyuruğunuza diqqət yetirilsin.

 

Xatırladaq ki, ayətullah Məkaremi Şirazi son günlərdə Həzrət Fatemey-i Zəhra məscidinin söküləcəyi ilə bağlı olan şayiələrə dayanaraq, Azərbaycanlı şiələri qıcıqlandıra biləcək hökm vermişdi. Bu haqda keçmiş xəbərlərimizdə geniş məlumat yaymışıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar