SON XƏBƏRLƏR

“Sərhədsiz reportyorlar” təşkilatı məhbus jurnalistlər o cümlədən Səid Mətinpur haqqında bəyanat yayıb

2021.10.20, 07:36
“Sərhədsiz reportyorlar” təşkilatı məhbus jurnalistlər o cümlədən Səid Mətinpur haqqında bəyanat yayıb

Gunaz.tv

GünAzTv: “Sərhədsiz reportyorlar” təşkilatı 2010-cu il may ayının 11-də (ordibeheştin 21-i) İran zindanlarında edam olmuş 5 siyasi məhbusa işarə edərək, məhbus jurnalistlər haqqında qəbul edilən bəyanatda onların talei barədə öz nigaranlığını bildirib.

 

Bəyanatda BMT insan haqlarının xüsusi komiserindən tələb olunur ki, İrana və İrandakı məhbus jurnalistlərin taleinə daha çox diqqət yetirilsin.

 

Bəyanatın bir qismətində Azərbaycanlı jurnalist və insan haqları fəalı cənab Səid Mətinpurun adı çəkilir. Cənab Mətinpur və diger bir neçə məhbus jurnalistin səhhətinə işarə olunaraq qeyd olunur ki, bunlar təhlükə qarşısındadırlar. ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və SEPAH (İslam İnqilabı Keşikçilər Korpusu) məsulları bunların xəstəxanaya aparılıb və müalicə olunmasına icazə vermirlər.

 

“Sərhədsiz reportyorlar” təşkilatı bildirir ki, “İranda mətbuat azadlığının iki düşməni Əli Xamenei və Mahmud Əhmədinejad, terror və dəhşət höküməti yaradaraq, ölkəni öz jurnalistlərindən məhrum edib, cəmiyyətin bilmək hüququnu yasaq ediblər.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar