SON XƏBƏRLƏR

Təbrizdə Mədəni fəal həbs edilib

2021.10.20, 07:36
Təbrizdə Mədəni fəal həbs edilib

Gunaz.tv

GünAzTv: Təbriz şəhərində Güney Azərbaycanlı mədəni fəal cənab Əlirza Hüseynzadə tutuqlanıb.

 

O 2010-cu il may ayının 11-də (ordibeheştin 21-i) İranın Təhlükəsizlik Qüvvələri tərəfindən öz mağazasında yaxalanıb. Bu məlumatı “Savalan Səsi” saytı adını çəkdiyimiz mədəni fəalın qonşularına istinadən yayıb.

 

Həmçinin Təhlükəsizlik məmurları Hüseynzadənin evinə gedib orda axtarış aparıblar. Onlar Hüseynzadənin kompüter keysini, CDlər və “Traxtur” futbol komandasına aid təbliğat parçalarını özləri ilə aparıblar.

 

Əlirza Hüseynzadənin xanımı bildirib ki, mənzildə axtarış aparılan zaman evdə olmayıb. O Axtarışdan sonra evə gəlib, Hüseynzadə tərəfindən yazılan yazını görüncə onun tutulduğundan xəbərdar olub. Sonra hüquq və təhlükəsizlik orqanlarına müraciət edib, həyat yoldaşı barədə məlumat tələb edib. Ancaq ona heç bir orqan məlumat verməyib. o hələdə həyat yoldaşının harda saxlanıldığından xəbərsizdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar