SON XƏBƏRLƏR

Türkiyə və Rusiya arasında vizasız gediş-gəliş dönəmi başladı

2021.10.20, 07:36
Türkiyə və Rusiya arasında vizasız gediş-gəliş dönəmi başladı

Gunaz.tv

GünAzTv: Atom elektrik stansiyasının tikintisi barədə də sənəd imzalanıbTürkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və bu ölkədə səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev arasında bu gün bir neçə hökumətlərarası saziş imzalanıb. Bu barədə Lent.az “İnterfaks”agentliyinə istinadən xəbər yayıb.

 

Rəcəb Tayyib Ərdoğan və Dmitri Medvedev Qafqaz və Samsun portları vasitəsi ilə beynəlxalq dəmiryolu-bərə tranzitinin təşkili barədə də razılığa gəliblər.İmzalanan sazişlərdən biri Rusiyanın Türkiyədə atom elektrik stansiyası tikməsi ilə bağlıdır. Tərəflər bir neçə memoranduma da imza atıblar. Bura ali təhsil və taxılçılıq sahəsində əməkdaşlıq daxildir. Eyni zamanda quş ətinin satışı və sanitar normaların gözlənilməsi barədə razılıq əldə olunub. Bundan sonra ruslar Türkiyəyə, türklər isə Rusiyaya vizasız gedib-gələ biləcəklər. Bu ölkələrin vətəndaşları üçün qarşılıqlı olaraq vizasız gediş-gəliş 30 gündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar