Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
"50 milyonluq Azərbaycan güclü dövlətə çevriləcək"
"GünAzTV" bu istiqamətdə çalışır
Əhməd Obalının "Həftə içi"nə eksklüziv müsahibəsi
Amerikanın Çikaqo şəhərində fəaliyyət göstərən "GünAzTV"nin 5 yaşı tamam olur. Televiziya bu illər ərzində mühüm təbliğat işləri aparıb və bütöv Azərbaycan ideologiyasının təbliğatçısıdır. Azərbaycanda səfərdə olan "GünAzTV"nin rəhbəri Əhməd Obalı "Həftə içi"nə müsahibəsində görülən işlər, gələcək planlar və Güney Azərbaycandan danışdı. - "GünAzTV"nin 5 illiyi ilə bağlı bu ay bir neçə tədbir keçirəcəyik. Ayın 6-da Bakıda artıq bir tədbirimiz reallaşıb. Əlavə olaraq da Çikaqodakı studiyamızdan canlı yayımımız baş tutacaq. - Hazırda "GünAzTV"nin əməkdaşları hansı şəraitdə işləyirlər və yayım hansı peyk vasitəsilə həyata keçirilir? - Televiziya 5 il ərzində "Telestar 12" peykindən daha çox Güney Azərbaycanda yayımlanır. Ona görə də Güney Azərbaycan məsələsinə daha çox önəm vermişik. Ara-sıra "Türksat" və başqa peyklərdən də yayımlanmışıq. Həm də internet vasitəsilə canlı olaraq 24 saat ərzində "GünAzTV"ni izləmək mümkündür. - Maliyyəni hardan alırsınız? Azərbaycanlı iş adamları dəstək verirlərmi? - Əlbəttə, bu işi yardımsız həyata keçirmək mümkün deyil. Bu, böyük maliyyə tələb edir. Düzdür, biz tam olaraq televiziya kimi fəaliyyət göstərə bilmirik. Güneyli-quzeyli iş adamlarımız, milli fəallarımız, xüsusilə də ABŞ və Rusiyada yaşayan soydaşlarımızın köməyi həddindən artıq çoxdur. Onların köməyi olmasaydı, televiziyanın fəaliyyətini davam etdirməyimiz mümkünləşməyəcəkdi. - Bəs "GünAzTV"nin Bakı nümayəndəliyinin fəaliyyəti necə olacaq? Mərkəzin genişləndirilməsi planı varmı? - Avropada və Azərbaycanda könüllü işçilərimiz var. Amma daha çox əməkdaşlarımız Bakıdadırlar. Çikaqoda yerləşən mərkəzimizdə isə hazır materialları alırıq və yayırıq. Bir də canlı yayımla telekörpü yaradırıq. 40 nəfərə qədər könüllümüz işləyir ki, onlar da Azərbaycan və Avropadadırlar. - Güneydən necə, xəbər tutursunuz? - Güneydən informasiya almaq üçün heç bir çətinliklə qarşılaşmırıq. Əlbəttə, məhdudiyyətlər var. İran açıq fəaliyyətə icazə vermir. Ona görə də orada nümayəndəliyimiz yoxdur. Amma Güney Azərbaycanda minlərlə könüllümüz var. Onlar məlumatları əldə edir və bizə göndərirlər. Bizə göndərilən xəbərlərlə yanaşı, videogörüntülər, fotolar da olur. Mən deyərdim ki, könüllü ordumuz var. - Hazırda "GünAzTV"nin Güney Azərbaycanda önəm verdiyi əsas problem nədir? - Bizim işimiz əsasən maarifləndirmədir və buna çox önəm veririk. Milləti məhdud şəraitdə tarix, ədəbiyyat, insan haqları, demokratiya və digər sahələrdə maarifləndiririk. - ABŞ-da Güney Azərbaycan məsələsinə münasibət necədir? Televiziya olaraq bu istiqamətdə addımlarınız varmı? - Təbii ki, ABŞ dövlət olaraq öz maraqları çərçivəsindən çıxış edir və biz bunu başa düşməliyik. ABŞ və ya hər hansı bir dövlət Güney Azərbaycan üçün plan hazırlamır ki, bizi azad etsin və ya hüquqlarımızın təminatçısı olsun. Sadəcə, maraqlarımızın üst-üstə düşdüyü yerdə onları nəzərə almalıyıq. Əcasən isə özümüz ayaq üstə durmağı bacarmalıyıq. Sayımız çoxdur. 30 milyondan artıq Güney, 9 milyon isə Quzey Azərbaycanda azəri türkü yaşayır. Digər ölkələrdə də soydaşlarımız işləyirlər. Hələ Türkiyədəkiləri nəzərdə tutmuram. Yəni sayımıza baxanda Güney Azərbaycandakı 30 milyon soydaşımızın ayaq üstə durmağına potensialı yetir. Hüququnu bilsə, öz tələblərini ümumdünya insan haqları çərçivəsində irəli sürərsə, buna qarşı heç bir ölkə çıxa bilməz. Biz də türk olaraq o çərçivədən kənara çıxmaq istəmirik və vətəndaş hüquqlarının bərpasını tələb edirik. - Bəs ABŞ-ın yerli televiziyaları ilə əməkdaşlıq edirsinizmi? - ABŞ televiziyaları ilə əməkdaşlıq etmirik. Əvvəla, biz ana dilində, onlar isə ingilis dilində fəaliyyət göstərirlər. Digər tərəfdən proqramlarımızın hamısı Azərbaycan haqqındadır. Hansısa dövlətin maraqlarını reklam etmək istəmirik. Amma "GünAzTV"nin təsiri ilə bəzi məlumatlar yayılır. Heç bu istiqamətdə biz çalışmırıq da. Çünki bizim əsas işimiz azərbaycanlıların maarifləndirilməcidir. - Diaspor efirinizdən yararlanırmı? - Təbii ki, "GünAzTV"ni ayaqda saxlayan diaspordur. Diasporun fəaliyyətinə isə yardımımız olur. Bu barədə proqramlar yayırıq. - Son illərə qədər xaricdə yaşayan güneyli və quzeyli soydaşlarımız arasında bir düşüncə fərqi var idi. Onda bir-birinin tədbirlərinə az qatılırdılar. İndi necədir, bu fərqlilik aradan qalxıbmı və "GünAzTV" bu istiqamətdə təbliğat aparırmı? - Biz parçalanmış millətik. Bir parçamız rus imperiyasının təsiri altında yaşayıb. 30 milyonumuz isə İranın təsiri altındadır və bizə fars mədəniyyəti sırıdılıb. Bunları təhlil edəndə 150 - 200 il mövcud olan ayrılığın yaratdığı kompleksləri anlamaq olur. Buna görə də fərqli düşüncə tərzi və ya fikir ayrılığını təbii qəbul etmək lazımdır. Son 15 - 20 ildə, Quzey Azərbaycan Cümhuriyyəti yaradılandan sonra həmin fərqlilik getdikcə azalır. Vaxt tapıb Azərbaycan məsələsi ilə məşğul olmayanlarımız da az deyil. İqtisadi durum, böhran, məişət problemləri bir çoxunun başını qatıb. Amma şükürlər olsun ki, onlar da artıq bütöv Azərbaycan məsələsini bilirlər və fikir birliyinə doğru sürətlə gedirik. Məsələn: Güney Azərbaycanda əsas şüarlar "Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!" kimi ifadələri özündə ehtiva edir. Ümumiyyətlə, Azərbaycanın bütövlüyü millətimiz arasında qəbul olunmaqdadır. Mən deməzdim ki, artıq hamı bunu qəbul edib, amma ən üstün fikir budur. Ayrılıq fikri yavaş-yavaş aradan qalxır. - Yeri gəlmişkən, Güney Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatlar arasında da ideoloji cəhətdən fikirlər müxtəlifdir. Siz necə düşünürsünüz? - Mən heç vaxt Azərbaycanın ayrı qalmasının tərəfdarı olmamışam. Biz bir millətik, ona görə də bir dövlətimiz, bir bayrağımız olmalıdır. Təbii ki, bunun üçün addımlar atmaq, hazırlıqlar aparmaq lazımdır. Bu, 1 - 2 ilin işi deyil. Tələsmədən, təməlləri düzgün müəyyənləşdirib ona doğru irəliləmək lazımdır. Bundan da böyük hədəflərimiz ola bilər. Türklərin bir-birinə yaxınlaşması, türk cəmiyyətlərinin birlik, dövlətlərin iqtisadi birlik yaratması da mümkündür və bunların hamısı gələcəyin işidir. Amma indidən böyük işdən yapışsaq, bunun nəticəsi olmayacaq. Güney Azərbaycanın azadlığı hələ qarşımızda duran ən mühüm məsələdir. Bu istiqlal əldə ediləndən sonra biz birləşməyə doğru addımlar atmalıyıq və bu fikirlər indidən formalaşdırılmalıdır. Televiziya olaraq biz bu istiqamətdə işləyirik. 50 milyonluq Azərbaycan dünyanın güclü dövlətlərindən birinə çevrilə bilər. Güney Azərbaycanla Naxçıvan arasında kürd "əraziləri" yaradılır - Son zamanlar Güney Azərbaycanla Türkiyə sərhədində kürd məhəllələrinin salınması barədə məlumatlar yayılırdı. Bu barədə reportaj hazırladınızmı? - İranın Güney Azərbaycanın Türkiyə ilə sərhədində yeni kürd məhəllələrinin salınması ilə bağlı bizdə dəqiq məlumatlar var. Eyni zamanda İran həm də Güney Azərbaycanla Naxçıvan arasında kürd əraziləri yaradır. Bu barədə təkzibolunmaz faktlarımız var və proqramlar da hazırlamışıq. Türkiyədən qaçan, İraqdan gələn PKK-çılara orada yer verirlər. Həm də onlara qaçaqmalçılıq üçün şərait yaradılır ki, kürdlərin maddi imkanları genişlənsin və azərbaycanlıların yerlərini pulla da alsınlar. İranın bizə qarşı hərtərəfli çalışmasını strateji baxımdan anlamalıyıq. SSRİ-nin dağılma ərəfəcində İranın Türkiyədəki səfiri Əkbər Gənci deyib ki, "əgər dünyada bir qarış torpaq Azərbaycan adı ilə dövlət sayılırsa, o bizim milli təhlükəsizliyimizə təhdiddir. Biz də buna qarşı işləməliyik".
Əli Zülfüqaroğlu
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu