SON XƏBƏRLƏR

“Piruzi” komandasının Təbrizə gəlmiş kürd tərəfdarları ilə soydaşlarımız arasında dava düşüb

2021.10.20, 07:36
“Piruzi” komandasının Təbrizə gəlmiş kürd tərəfdarları ilə soydaşlarımız arasında dava düşüb

Gunaz.tv

GünAzTv: Bu gün Təbrizin səhənd stadyomunda (stadion) Tehranın “Piruzi” komandasının kürd əsilli tərəfdarları ilə soydaşlarımız arasında dava düşüb.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, Təbrizə gələn kürd əsilli Piruzi tərəfdarları ilə, müsabiqədən saatlar öncə Stadyomun qarşısına toplaşan  (stadion) “Fulad Qostər” tərəfdarları arasında qarşıdurma olub.

 

Davanı yatızdırmaq üçün Polis əməkdaşları müdaxilə etməli olublar.

 

Müsabiqənin başlanmasını gözləyən soydaşlarımız milli hüquqlar zəmində şüarlar səsləndiriblər.

 

Xatırladaq ki, bu gün Təbrizin “Fulad Qostər” komandası ilə Tehranın “Piruzi” komandası arasında Səhənd Stadyomunda (stadion) yarış keçiriləcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar