SON XƏBƏRLƏR

Doğma paytaxtımız ümumdünya dialoq paytaxtı elan ediləcək

2021.10.20, 07:36
Doğma paytaxtımız ümumdünya dialoq paytaxtı elan ediləcək

Gunaz.tv

GünAzTv: Parisdə YUNESKO-nun mənzil-iqamətgahında 2011-ci ildə Bakıda keçiriləcək “Ümumdünya mədəniyyətlərarası dialoq forumu”na həsr olunmuş işçi qrupunun toplantısı olub.

 YUNESKO, Avropa Şurası və Sivilizasiyalararası Alyansın nümayəndələrinin iştirak etdikləri yığıncaqda ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Fransadakı səfirliyimizin, YUNESKO və Avropa Şurası yanındakı daimi nümayəndəliklərimizin əməkdaşları təmsil ediblər. Tədbirdə Azərbaycan tərəfindən mədəniyyətlərarası dialoqa dair xüsusi medalın təsis olunması və forum çərçivəsində Bakının Ümumdünya Dialoq Paytaxtı elan edilməsi ilə bağlı xüsusi proqramın hazırlanması tövsiyə olunub. Toplantıda işçi qrupunun növbəti yığıncağının 2010-cu ilin sentyabrında Parisdə keçirilməsi qərara alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar