SON XƏBƏRLƏR

Rəfsəncani Anayasa maddələrinin icrası məsələsinə toxunub

2021.10.20, 07:36
Rəfsəncani Anayasa maddələrinin icrası məsələsinə toxunub

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin “media forum”-a istinadən yaydığı məlumata görə, Mayın 10-da müxtəlif əyalətlərin keçmiş ostandarları ilə görüşən Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Üləmalar Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncani repressiyalardan danışıb.

 

Rəfsəncani deyib: “Dünyada kommunikasiyanın sürətlə inkişafı nəticəsində insanların şüur səviyyəsi də artıb. Bu isə insanlar arasında birlik və vəhdətin yaranması üçün mühüm amildir. Hökumətlər öz ictimaiyyətlərini hər baxımdan qane etməyə, razı salmağa çalışırlar. Elə buna görə də repressiyalar və başqalarına nəyisə zorla qəbul etdirmək dövrü artıq başa çatıb. Hesab edirəm ki, ölkə konstitusiyasının (Anayasa) bütün maddələrinin düzgün icra olunması və xalqın tələblərinə diqqət yetirilməsi islam respublikasının əsaslarını möhkəmləndirə bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar