SON XƏBƏRLƏR

Şərif universitetində türk öyrəncisi, şübhəli ölümlə dünyasını dəyişib

2021.10.20, 07:36
Şərif universitetində türk öyrəncisi, şübhəli ölümlə dünyasını dəyişib

Gunaz.tv

GünAzTv: Tehranın Şərif universitetində Təbrizli Öyrənci Həmidrza Əbdi şübhəli şəkildə dünyasını dəyişib.

 

GünAzTv mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, Həmidrza Əbdi 2010-cu il may ayının 5-i  (ordibeheştin 15-i) səhər saat 5-də yataqxanada siyanürlə öldüyü bildirilir.

 

Əbdinin öyrənci dostları deyir ki, o Türk dilini təlim verirmiş. Həmçinin vurqulanır ki, Əbdi hazırki hökumətə qarşı sərt etiraz bildirərmiş.

 

Universitet məsulları isə bəyan ediblər ki, Əbdi siyanürlə dünyasını dəyişib. Ancaq onunla eyn mənzildə yaşayan dostlarının sözlərinə görə, Təbrizli öyrəncinin boynu yaralı olub, onu iki əlli boğublar.

 

Hazırda tibbi komisiya onun ölüm səbəbini araşdırır. Hələlik komisiya öz fikrini bildirməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar