SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarı Hüseyn Məhəmmədi Əlvar həbs edilib

2021.10.20, 07:36
“Traxtur” tərəfdarı Hüseyn Məhəmmədi Əlvar həbs edilib

Gunaz.tv

GünAzTv: Milli komandamız “Traxtur”-la “İstiqlale Əhvaz” arasında keçirilən müsabiqədən sonra “Traxtur” tərəfdarı Hüseyn Məhəmmədi Əlvar tutuqlanıb. O Təbrizin Taliqani məhəlləsində yerləşən öz şəxsi evində dövlət məmurları tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıb.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, 25 yaşlı mədəni fəal, Kirmanlı futbol azarkeşlərinin Azərbaycan türk millətinə qarşı təhqiramiz şüarlarına sərt etiraz edib. O məhz bu səbəbə görə, həbsə alınıb.

 

Adini çəkdiyimiz mədəni fəalın evinə daxil olan dövlət məmurları evdə axtarış aparıb, Məhəmmədinin kompüter, kitab və bir sıra şəxsi əşyalarını özləri ilə aparıblar.

 

Məlumata əsasən Məhəmmədi aprel ayının 2-də (fərvərdinin 13-ü) Urmu Gölü Yığıncağı mərasimində İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanıb, sonra isə azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar