SON XƏBƏRLƏR

Milli-mədəni fəal Doktor Əlirza Əbdullahi tutuqlanıb

2021.10.20, 07:36
Milli-mədəni fəal Doktor Əlirza Əbdullahi tutuqlanıb

Gunaz.tv

GünAzTv: Urmuda Azərbaycanlı Milli-mədəni fəal Doktor Əlirza Əbdullahi tutuqlanıb. O 2010-cu il may ayının 10-da (ordibeheştin 20-i) iş yerinə gedərkən ETTELAAT (İranın Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən yaxalanıb.

 

Doktor Əbdullahinin ailəsinin məlumatına əsasən, 48 saat onun yaxalandığı andan sonra hələdə onun harda saxlanıldığı barədə heç bir məlumat yoxdur.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə,  adını çəkdiyimiz milli-mədəni fəal Şəhid oğludur. O Azərbaycan öyrənci nəşr evi ocağının sabiq üzvü və Urmuda qapadılmış Bilimyolu müəssisəsinin qurucular heyətinin üyəsi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar