SON XƏBƏRLƏR

“Fulad Qostər- Perspolis” müsabiqəsində böyük izdiham gözlənilir

2021.10.20, 07:36
“Fulad Qostər- Perspolis” müsabiqəsində böyük izdiham gözlənilir

Gunaz.tv

GünAzTv: Sabah 2010-cu il may ayının 12-də (ordibeheştin 22-i) Təbrizin “Fulad Qostər” futbol komandası ilə Tehranın “Perspolis” komandası arasında müsabiqə keçiriləcək.

 

GünAzTv: Sabah 2010-cu il may ayının 12-də (ordibeheştin 22-i) Təbrizin “Fulad Qostər” futbol komandası (son zamanlar futbol pərəstişkarları bu komandanı “Pulad-i Azərbaycan” adlandırırlar) ilə Tehranın “Perspolis” komandası arasında müsabiqə keçiriləcək. Yarış Təbriz vaxtı ilə saat 16-da, Təbrizin Səhənd stadyomunda (stadion) baş tutacaq.

 

 “Traxtur”-la “Qalatasaray”-ın nəzərdə tutulan müsabiqəsinin ləğv edilməsi, və bu məsələ ilə bağlı İran hökumətinin müdaxilə ehtimalı “Traxtur” tərəfdarlarını narahat edib.

 

Həmçinin 22 may (1 xordad) milli qiyam gününün yaxınlaşdığı bir dönəmdə Azərbaycanlılar xüsusi ilə gənclər bütün fürsətləri  o cümlədən sabah gözlənilən “Fulad Qostər- Perspolis” müsabiqəsini dəyərləndirmək istəyirlər. məhz buna görə onların sabahkı müsabiqəni səbirsizliklə gözlədikləri bildirilir.

 

Qeyd etdiyimiz iki səbəbə görə, sabah keçiriləcək müsabiqədə xüsusi izdiham gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar