SON XƏBƏRLƏR

Güney Azərbaycan universitetlərində “Öyrəni günü” münasibəti ilə braşura yayılıb

2021.10.20, 07:36
Güney Azərbaycan universitetlərində “Öyrəni günü” münasibəti ilə braşura yayılıb

Gunaz.tv

GünAzTv: Azərbaycanın Öyrənci günü (May ayının 9-u - ordibeheştin 19-u) münasibəti ilə “Azərbaycan Öyrənci Hərəkatı” adlı braşura, Urmu , Təbriz və Güney Azərbaycanın digər universitetlərində yayılıb.

 

Braşurada Öyrənci Hərəkatının 1990-ci ildən 1997-ci ilə qədər necə formalaşması, islahat dövründəki durumu , həmçinin milli fəalların bu günlə bağlı məqalələri qeyd olunub.

 

Braşura oxucuların xüsusi rəğbəti ilə qarşılanıb.

 

Həmçinin Təbriz universitetində “Azərbaycan Öyrənci günün qutlu olsun” adlı traktlar yayılıb. Traktların o biri tərəfində isə gözəl bir şeir yazılıb:

 

Hay eşidmiş qulağım el harayın mən tanıram

Hayına hay verərəm, mən bu elin qurbanıyam

Ulu Babək nəvəsi Səttaram ellər eşidin

Elimə zülm edəni hər kim ola düşmən sanıram

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar