SON XƏBƏRLƏR

Hüseyn Nəsiri hələdə həbsdə saxlanılır

2021.10.20, 07:36
Hüseyn Nəsiri hələdə həbsdə saxlanılır

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanlı milli-mədəni fəal cənab Hüseyn Nəsiri hələdə Təbriz zindanında həbsdə saxlanılır.

 

O 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü), Urmu Gölü Yığıncağında İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanıb.

 

Hüseyn Nəsirinin ailəsinə yaxın mənbələr bildirir ki, ilk olaraq cənab Nəsirini 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxmaq istəyiblər. lakin sonra keçmişdəki milli-mədəni zəmində olan dosyasına görə, onun azadlığı bir qədərdə mürəkkəbləşib və hələlik buraxılması gözlənilmir.

 

Son günlərdə yayılan məlumata görə, artıq Hüseyn Nəsiri üçün iki dosya açılıb. Birisi Urmu Gölü Yığıncağında iştirakı ilə bağlıdır,  ikincisi isə keçmişdə milli-mədəni istiqamətdə etdikləri fəaliyyətlə bağlıdır.

 

Xatırladaq ki, cənab Nəsiri 2007-ci il aprel ayının 26-da (1386-ci il ordibeheşt ayının 6-ı) 22 may milli qiyamın ildönümünə aid bildiriş yaydığı ittihamı ilə yaxalanıb, 81 gün saxlanıldıqdan sonra 30000 dollarlıq (30 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı. Həmçinin Cənab Nəsiri 2009-cu il dekabr ayının 29-da (1388-ci il dey ayının 8-i) tanınmış milli fəal mərhum Çingiz Bəxtavərin dəfn mərasimində İran təhlükəsizlik Qüvvələri tərəfindən döyülüb və yaralananlardan biri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar