SON XƏBƏRLƏR

Moskvadan Ankaraya güzəşt

2021.10.20, 07:36
Moskvadan Ankaraya güzəşt

Gunaz.tv

GünAzTv: Türkiyə Rusiya ilə qaz müqavilələrinə yenidən baxılmasına nail olub. Bundan sonra Türkiyə Rusiya qazının ən azı 10%-ni güzəştlə alacaq. Bununla bağlı memorandum Rusiya prezidenti Dmitri Medvedevin bü gün mayın 11-də başlanacaq Türkiyə səfəri zamanı imzalanacaq. Bu barədə “APA-Economics” Türkiyə mətbuatına istinadən xəbər yayıb.

Qeyd edək ki, Türkiyə İtaliya və Almaniyadan sonra Rusiya qazının üçüncü ən böyük idxalçısıdır. Türkiyənin idxal etdiyi qazın 62%-i Rusiyanın payına düşür. Rusiyanın qaz inhisarçısı olan “Qazprom” şirkəti 2009-cu ildə Türkiyəyə 20 mlrd. kubmetr qaz satıb. Cari ildə bu rəqəmin 30 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. Amma Ankaraya qazın hansı qiymətlə satılacağı açıqlanmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar