SON XƏBƏRLƏR

Türkmənistan hökuməti demokratikləşir

2021.10.20, 07:36
Türkmənistan hökuməti demokratikləşir

Gunaz.tv

GünAzTv: Türkmənistan çoxpartiyalı sistemə keçməyə hazırlaşır. “RİA Novosti” agentliyinin məlumatına görə, bu, prezident Qurbanqulu Berdıməhəmmədovun ölkə mətbuatında dərc oluna “Türkmənistanın iqtisadi strategiyası: xalqa əsaslanan, xalq adına” başlıqlı  məqaləsində qeyd olunub.

Prezident bu gün işıq üzü görən məqaləsində yazır ki, müasir demokratik dövlətlərdə hər kəs üçün əsas qüvvədə olan qanunvericilik bazasıdır, qanunvericilik hamı üçün bərabər imkanlara  zəmanət verir: “Bu istiqamətdə ölkəmizdə bir çox işlər görülüb. Məclis yeganə qanunverici orqan  kimi fəaliyyət göstərir, onun tərkibi genişləndirilib. Bir çox qanunlar qəbul edilib, yenilənib, Konstitusiyada  çoxpartiyalı sistemlə bağlı müddəalar yer alıb”. Qeyd edək ki, çoxpartiyalılıqla bağlı Türkmənistanda tez-tez danışırlar. Ölkənin ilk prezidenti Safarmurad Niyazov deyib ki, oxpartiyalılıq ölkənin siyasi sisteminin inkişafı nəticəsində formalaşacaq. Bununla belə, Safarmurad Niyazov yeni müstəqil dövlətçiliyin formalaşdığı ölkələrdə ilkin mərhələlərdə çoxpartiyalılığı ziyanlı sayıb. Ancaq Qurbanqulu Berdıməhəmmədovun digər siyasi partiyaların siyasi səhnəyə çıxmasına münasibəti daha korrekt olub. O, az əvvəl Nazirlər Kabinetinin iclasında bəyan edib ki, əgər kimsə partiya yaratmaq təşəbbüsü ilə çıxış edərsə, ölkə Konstitusiyasına uyğun olaraq həmin partiya elə o il də qeydiyyata alınacaq. Siyasi müşahidəçilər hesab edirlər ki, prezidentin bu bəyanatları  elə bu il ölkədə bir neçə partiyanın yaranmasına yol açacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar