Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: "Sürix protokolları" kənara qoyulur, parlamentlər sərhədləri tanıyır və bundan sonra diplomatik münasibətlər başlayır.
Mayın 11-də Rusiya prezidenti Dmitri Medvedyevin Türkiyəyə başlanan səfərində əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ münaqişəsi, eləcə də qardaş ölkənin Ermənistanla sərhədlərinin açılması ilə bağlı olacaq. Ermənistan mediası yazır ki, Medvedyev Ankara görüşlərində yenidən Türkiyəni sərhədləri açmağa dəvət edəcək. "Qrapark" qəzeti yazır ki, bu mənada rəsmi İrəvan Rusiya prezidentinin səfərlərinin nəticələrinə böyük ümidlərlə yanaşır. Lakin Türkiyənin "haberfx" portalı yazır ki, Ankara Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan, Bakı və İrəvan arasında hər hansı razılıq əldə etmədən Ermənistanla sərhədləri açmaq niyyətində deyil. Qarabağ münaqişəsinin bundan sonra da Türkiyə və Ermənistan arasında münasibətlərə təsir göstərəcək əsas faktor olacağı beynəlxalq miqyasda da etiraf edilir. Məsələn, Beynəlxalq Böhran Qrupunun təhlilçisi Sabina Freyzer bildirir ki, Türkiyə və Ermənistan arasında protokolların imzalanması prosesində durğunluğun bir səbəbi də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır. O, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesini şərh edərək Azərbaycanın mövqeyinin buna təsirini xüsusi qeyd edib. "Amerikanın səsi"nə müsahibəsində Sabina Freyzer deyib ki, Türkiyə Azərbaycanın göstərəcəyi təzyiqi əvvəlcədən belə görünür nəzərə almayıb. Ekspert Türkiyə isə Ermənistan arasında yaxınlaşma prosesində protokolların ratifikasiyası ilə bağlı hazırda durğunluğun müşahidə edildiyini deyərək bildirir ki, Türkiyədə gələn aylar ərzində sənədlərin ratifikasiya olunacağını gözləmək olmaz. O, bunun səbəbini bir tərəfdən ölkədə konstitusiyaya dəyişikliklər edilməsi prosesilə əlaqələndirir. Digər tərəfdən isə təhlilçi deyir ki, baş nazir Ərdoğan sənədlərin parlamentdə ratifikasiyasından öncə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında inkişaf görmək istədiyini aydın bildirib: "Ermənistana gəldikdə, burada da aparıcı siyasi partiyalar bildirdi ki, Türkiyə addım atmadan onlar tərəfdən sənədlər ratifikasiya olunmayacaq". Lakin protokolların partlamentlər səviyyəsində təsdiqi prosesində durğunluğa baxmayaraq, Sabina Freyzer deyir ki, yaxınlaşma prosesində müəyyən addımlar atılır, siyasətçilər, alimlər, jurnalistlər arasında görüşlər davam edir və bu da, onun fikrincə, iki ölkə arasında anlaşmanın yaranması istiqamətində inkişaf kimi qiymətləndirilə bilər və bunun ardınca daha konkret addımların atıla biləcəyini gözləmək olar. Azərbaycanın mövqeyinin prosesə təsirini şərh edən təhlilçi vurğulayır ki, Türkiyə əvvəlcə münasibətlərin normallaşmasının Azərbaycan nəzərə alınmadan mümkün olacağına inanırdı: "Xüsusilə də Türkiyədə belə bir inam var idi ki, sərhədlərin açılması Bakıdan gələn güclü reaksiyalardan zərər görmədən mümkün ola bilər. Amma bu belə olmadı. Azərbaycan inanır ki, Türkiyə və Ermənistan arasında sərhəd 1993-cü ildə Qarabağ müharibəsinə görə bağlanıb və sərhədin yenidən açılması üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında inkişaf əldə edilməlidir. Mənə elə gəlir ki, Türkiyənin xarici siyasətində bu məsələ tam olaraq nəzərə alınmamışdı və indi buna yenidən baxılmalıdır. Məhz buna görədir ki, baş nazirdən tutmuş, xarici işlər nazirinə qədər Türkiyə rəsmiləri sərhəd məsələsini Dağlıq Qarabağ prosesində inkişafla əlaqələndirir. Lakin buna baxmayaraq, Azərbaycanın Türkiyə və Ermənistan arasında yaxınlaşmanın bütün formalarını dayandırmağa çalışacağını düşünmürəm." Sabina Freyzer, Bakının münasibətindən asılı olmayaraq, Türkiyə və Ermənistanın ikitərəfli münasibətlərdə bir sıra məsələlər üzərində işlədiyini qeyd edir və deyir ki, burada əsas məsələ Bakı ilə işləmək və Bakını prosesə cəlb etməkdən ibarətdir. Bakı ilə elə bir anlaşma olmalıdır ki, işğal olunmuş torpaqların azad olması üçün oradan çıxmağa hazır olan ermənilər arasında müəyyən etibar yaradılmalıdır. Sabina Freyzerin fikrincə, indiki anda Türkiyə və Ermənistan arasında normallaşma prosesinin tutduğu yoldan çıxmaması üçün protokolların ratifikasiyası məsələsini bir müddət üçün kənara qoymaq və diqqəti bu gün görülməsi mümkün olan işlərə yönəltmək lazımdır. Bununla təhlilçi Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutduğunu deyir. O, iki ölkə rəsmilərinin son ildə keçirdiyi görüşlərə diqqət çəkərək, bunun mümkün olduğunu qeyd edir. Sabina Freyzer diplomatik münasibətlərin qurulması üçün Türkiyə və Ermənistanın sərhədlərinin tanınması məsələsinin mühüm olduğunu bildirir. O deyir ki, bunlar partlament tərəfindən təsdiq edilmədən görülə bilər və Dağlıq Qarabağ məsələsilə əlaqəsi olmadığı üçün Bakı bu prosesin qarşısını ala bilməz. Hələlik isə Ermənistan tərəfindən sərhədlərin açılması istiqamətində müəyyən addımlar atılmaqdadır. Belə ki, rəsmi İrəvan sərhəddə yerləşən Ani şəhərinin ərazisindən keçən körpünün bərpası üçün fəal hərəkətə keçib. Onların fikrincə, sərhədlər açılacağı təqdirdə bu körpü iki ölkəni birləşdirəcək əsas vasitələrdən biri olacaq. Məlumatlara görə, ermənilər qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək körpüdə tikinti işlərinə başlamaq niyyətindədir. Körpü həm də tarixi abidələr siyahısına daxil olduğundan, İrəvan inanmaq istəyir ki, Ankara etiraz etməyəcək. Türkiyə rəsmiləri isə bununla bağlı hələlik açıqlama verməyib. Lakin mütəxəssislər rəsmi Ankaranın ermənilərlə münasibətlər düzəlsin deyə hansısa qərarlar verəcəyini mümkün hesab etmir. Baş nazir Rəcəb Tayyib Ərdoğan artıq bu məsələdə irəliləyişin Ermənistan rəhbərliyindən asılı olduğunu bildirir. Müşahidəçilər "Sürix protokolları"na münasibətdə Türkiyənin hakimiyyət dairələri, siyasi partiyalar və cəmiyyət arasında yekdillik olduğunu deyir. baki-xəbər
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu