SON XƏBƏRLƏR

Daşqın daha bir bəndi dağıdıb, 3 kəndi də su basır

2021.10.20, 07:36
Daşqın daha bir bəndi dağıdıb, 3 kəndi də su basır

Gunaz.tv

GünAzTv: Azərbaycanda təbii fəlakətin baş verdiyi Sabirabad rayonu ərazisində Kür çayının daha bir bəndi dağılıb və əhalisi evakuasiya edilməyən kəndləri də su basıb. Bu barədə APA hadisə yerindən xəbər yayıb. Sabirabad rayonunun Mürsəlli kəndindən keçən hissəsində Kür çayı üzərindəki birinci və ikinci bəndlər dağlıb. Mürsəlli, Ulacalı və Şıxlar kəndlərinin su altında qalması təhlükəsi yaranıb. Bu kəndlərin əhalisi evakuasiya olunmayıb. Məlumatda bilirilir ki, əraziyə gedən yolları su basdığı üçün gediş-gəliş çətinləşib. Hadisə nəticəsində ölən və itkin düşənin olub-olmaması barədə dəqiqi məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar