SON XƏBƏRLƏR

Sofiyanda milli-mədəni fəal tutuqlanıb

2021.10.20, 07:36
Sofiyanda milli-mədəni fəal tutuqlanıb

Gunaz.tv

GünAzTv: Bu gün (mayın 10-u – ordibeheştin 20-i) keçmiş öyrənci fəalı cənab Ayət Mehrəli Beyglu tutuqlanıb. o Təbriz bölgəsində yerləşən Sofiyan şəhəri sakinidir.

 

Ayət bəyin ailəsinə yaxın mənbələrin məlumatına görə, Təhlükəsizlik Qüvvələri Məhkəmə hökmü olmadan onun evinə girib və ev sahibini yaxalayıblar. Həmçinin məmurlar evdə axtarış aparıb, cənab Mehrəli Beyglunun kompüter, kitab və bir sıra şəxsi əşyasını özləri ilə aparıblar.

 

Adını çəkdiyimiz milli-mədəni fəal bir neçə il öncə Prof. Doktor Zehtabinin ağırlama törənində və Babək Qalasına yürüş mərasimində tutuqlanıb və həbsə məhkum edilmişdi.

 

Ali təhsilli milli-mədəni fəal cənab Mehrəli Beyglu öyrənci dərgisi Qopuzun keçmiş müdir-məsulu olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar