SON XƏBƏRLƏR

Azərbaycan ruhaniləri İranın anti-türk siyasətinə qarşı bəyanat yayıblar

2021.10.20, 07:36
Azərbaycan ruhaniləri İranın anti-türk siyasətinə qarşı bəyanat yayıblar

Gunaz.tv

GünAzTv: İran-Ermənistan ticarət palatasının (bazirqani otaq) bəyanatı ilə bağlı, Güney Azərbaycanlı ruhanilər sərt bəyanat qəbul ediblər.

Bəyanatda qisa olaraq belə deyilir:

 

Mehriban və bağışlayan ALLAHın adı ilə

Şiələrin torpoğını işqal edən qüvvələrin hüququnun tanınması və Azərbaycan türk millətinə edilən təhqiri İmam Zamana (Əc) başşağlığı veririk.

 

Şiələrin Qarabağda qətliam olduğu halda, onların torpağı erməni daşnakları tərəfindən qəsb olduğu bir şəraitdə, İran İsalm Respublikasının idarəçiləri, bu qətliama və islam torpağının işqalına necə göz yuma bilərlər?!!!

 

Bir hüquqi qurum olan və İran İslam Respublikasının nəzarəti altında fəaliyyət göstərən İran-Ermənistan ticarət palatası (bazirqani otaq) hansı icazə ilə belə bəyanat yayıb, və əziz Qarabağın adını işqalçı ermənilərin ərazisi kimi çəkib?!

 

Niyə İranın Teleradiosu Türklərin əleyhinə səsləndirilmiş “Türke X...” (eş... türk) şüarlarını canlı olaraq yayır?! Yoxsa Teleradio məsulları və dövlət rəsmilərinin  Bəhailər kimi yalançı İmam Zamanını Təbrizdə öldürüblər və ona görədə Azərbaycan türklərini təhqir edirlər?! Bəlkə bunlar Həzrət Məhəmmədi Mustafanın (s) düşmənləridirlər?!

 

İran İslam Respublikasının məsullarından tələb edirik ki, həmən vaxt itirmədən və çox şiddətlə belə işlərə son qoyub, Qarabağ məsələsində Şiələrin xeyirinə mövqe tutsunlar. Anayasadakı qeyri fars millətlərinin dili ilə bağlı maddələrin icrasına başlasınlar. əks halda bizim sıralarımız çox genişlənəcək. O qədər genişlənəcək kii artıq qarşısını almaq qeyri-mümkün olacaq və heç bir çıxış yolu qalmayacaq.

 

Bütün bunlara görə, 2010-cu il may ayının 8-ni (ordibeheştin 18-i) ümum milli matəm günü elan edirik. Ölkə daxili bütün qeyrətli türklərdən tələb edirik ki, İranın bütün bölgələrində müəyyən olunmuş gün tətil edilsin. onda Türklərin müxtəlif sahələrdəki rolu aydın olar və olabilsin ki onlar bir daha belə quldurluq etməzlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar