SON XƏBƏRLƏR

Tehran sərgisində Azərbaycan kitabları sərgilənib

2021.10.20, 07:36
Tehran sərgisində Azərbaycan kitabları sərgilənib

Gunaz.tv

GünAzTv: Tehranda təşkil olunan XXIII Beynəlxalq kitab sərgisində Azərbaycana aid bölmə fəaliyyət göstərir. Bölmə Azərbaycanın İrandakı səfirliyi tərəfindən təşkil edilib.

Azərbaycanın xəritəsi, dövlət bayrağı və milli mədəniyyət nümunələri ilə zənginləşdirilən bölmədə ümummilli lider Heydər Əliyevin həyatı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurları, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, o cümlədən Azərbaycan həqiqətlərini, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini əks etdirən müxtəlif dillərdə kitab və jurnallar nümayiş etdirilir. Azərbaycanın görkəmli yazıçı və şairlərinin də əsərləri bölmədə yerləşdirilib. Bölmədə quraşdırılan videomonitorda Azərbaycanın tarixinə və müasirliyinə dair kadrlar göstərilir. Mayın 15-dək davam edəcək sərgi çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnsitutu tərəfindən Azərbaycanın mədəniyyət günləri təşkil ediləcək. ANS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar