SON XƏBƏRLƏR

İrana qarşı yeni sanksiyalara dair təkliflər gündəliyə çıxarılacaq

2021.10.20, 07:36
İrana qarşı yeni sanksiyalara dair təkliflər gündəliyə çıxarılacaq

Gunaz.tv

GünAzTv: Altılıq ölkələr yeni təklifləri gələn həftə BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcək.

 

Gələn həftə altılıq ölkələri İrana qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlı təklifi BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcək. Belə bir vaxtda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İranlı həmkarı Mənüçöhr Möttəki ilə Ankarada görüşündə bölgədə sabitliyin hökm sürməsi üçün var qüvvələri ilə çalışdıqlarını bəyan edib.

 

«Biz yerin fərqinə varmadan nüvə silahının əleyhinəyik». Bu sözləri Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu İranın Xarici siyasət idarəsinin rəhbəri Mənuçöhr Möttəkini Çırağan sarayında qəbul edən zaman bildirib. Bölgədə sabitliyin hökm sürməsi üçün var qüvvələri ilə çalışdıqlarını bəyan edən Əhməd Davudoğlu İranın da bu məsələlərin müzakirəsində müsbət cavab verməsi mövcud narahatçılığın diplomatik yolla həll ediləcəyinin bir işarəsi olduğunu bildirib.

 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, İranın Xarici Siyasət İdarəsinin rəhbəri Mənuçöhr Möttəki Brazilyanın xarici işlər naziri ilə keçirdiyi görüşündə də bu məsələnin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd etdiyini bildirib. Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Şurasının nümayəndəsi Ketrin Eşton ilə göürüşün Türkiyədə keçirilməsinin tərəfdarı olan İran rəsmisi görüşün yaxın günlərdə reallaşacağına ümidvar olduğunu bildirib.

 

Qeyd edək ki, gələn həftə altılıq ölkələri İrana qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlı təklifi BMT-nin Təhlükəsizlik Şurasına təqdim edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar