SON XƏBƏRLƏR

İranda daha 6 nəfər asılıb

2021.10.20, 07:36
İranda daha 6 nəfər asılıb

Gunaz.tv

GünAzTv: İranda Şəriət qanununa əsasən qətl, zorlama, silahlı basqın və narkotik maddə alveri kimi cinayətlərə görə edam cəzası verilir.

 

İran rəsmiləri narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan 6 nəfərin asıldığını bildirmişlər. İran mediasının bildirdiyinə görə, edam hökmü Tehrandan qərbdə yerləşən Kərac şəhərinin həbsxanasında dünən həyata keçirilib.

 

 Qeyd edək ki, İranda İslamın Şəriət qanununa əsasən qətl, zorlama, silahlı basqın və narkotik maddə alveri kimi cinayərlərə görə edam cəzası verilir.

 

Keçən il insan haqları təşkilatı Amnesty İnternational-ın hesabatında deyilirdi ki, dünya ölkələri arasında edam hökmünün icrasına görə İran Çindən sonra ikinci yerdə gedir. voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar