SON XƏBƏRLƏR

İran nüvə proqramı ilə bağlı yeni danışıqlara hazırdır

2021.10.20, 07:36
İran nüvə proqramı ilə bağlı yeni danışıqlara hazırdır

Gunaz.tv

GünAzTv: İranın xarici işlər naziri Manuçehr Mottəki bildirdi ki, Tehranın nüvə proqramlarına dair 5+1 formulu üzrə danışıqların vaxtı ilə bağlı razılıq əldə edilərsə, bu toplantının Türkiyədə keçirilməsi ehtimalı yüksəkdir.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Tehranın nüvə proqramları ilə bağlı məsələnin müzakirəsi üçün İran və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə Almaniyanın nümayəndələrinin Türkiyədə bir araya gəlməsi təklifini Əhməd Davudoğlu İran tərəfinə Tehrana səfəri zamanı çatdırıb.

ABŞ –dan İrana qayıdarkən yol üstü İstanbulda dayanan Manuçehr Mottəki İstanbuldakı Çırağan sarayında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə yemək süfrəsi arxasında görüşdü.

1 saata yaxın davam edən görüşdən sonra Mottəki, jurnalistlərə bəyan etdi ki, Ankaranın təşəbbüsü İran tərəfindən qəbul edilib, toplantının vaxtı məsələsində razılıq əldə edilərsə, müzakirələr ən qısa vaxt ərzində baş tuta bilər.

Onun sözlərinə görə, toplantının Türkiyədə keçirilməsi İran üçün gözəl təklifdir.

Bu arada, İstanbuldakı görüş zamanı Mottəkinin Amerikada apardığı danışıqlar, Davudoğlunun isə Ankaranın İranla bağlı göstərdiyi səylər haqqında məlumat verdiyi bildirilir.

İranın xarici siyasət idarəsinin başçısı İstanbul hava limanında həmin vaxt orada olan Türkiyə prezidenti Abdulla Gül ilə də qısa bir görüş keçirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar