SON XƏBƏRLƏR

Yunis Aqayanın aclıq ansiyasına başlamasının səbəbi...

2021.10.20, 07:36
Yunis Aqayanın aclıq ansiyasına başlamasının səbəbi...

Gunaz.tv

GünAzTv: Əhl-i Haqq təriqətinə mənsub olan Soydaşımız Yunis Aqayan, Urmu zindanında onun dini inancına edilən təhqir və zindan məsullarının təzyiqlərinə etiraz olaraq 2010-cu il may ayının 4-dən (ordibeheşt ayının 14-i) aclıq aksiyasına başlayıb. Onun həyat yoldaşı bildirib ki, Yunis zindandan telefon açaraq bu barədə məlumat verib.

 

 Əhl-i haqq təriqətinə mənsub olan məhbusun xanımı bəyan edib ki, zindan müdiri Aqayanın mənsub olduğu təriqətə qarşı təhqiramiz ifadələr işlədib. Aqayan etiraz edincə məmurlar onu döyüb və onu 12-ci bənddən (siyasi məhbusların bəndi) 1-ci bəndə (qatillər və narkomanların bəndi) köçürüblər.

 

Xatırladaq ki, Qoşaçayın Üçtəpə kəndindən olan Ağayan 2004-cü ildə dörd Əhli-haqq Mehdi Qasımzadə, İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi və Baxşəli Məhəmmədi ilə birlikdə hökumət qüvvələrinə silahlı müqavimət ittihamıyla tutulub. Məhkəmə 3 nəfəri 13 illik həbsə, Qasımzadə və Ağayanı isə edama məhkum edib. Artıq Qasımzadə 2009-cu il fevralın 28-də Urmiya zindanında dar ağacından asılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar