SON XƏBƏRLƏR

Erməni əhalisinin sayı kəskin azalır

2021.10.20, 07:36
Erməni əhalisinin sayı kəskin azalır

Gunaz.tv

GünAzTv: Erməni rəsmisi bildirib ki, belə gedərsə Əsrin ortalarınadək ermənilərin sayı 2 dəfə azalacaq.

 

40-45 il ərzində Ermənistanın əhalisi iki dəfə azalacaq.  İnsan Reproduksiyası Mərkəzinin direktoru Eduard Ambarsumyan belə hesab edir. Onun sözlərinə görə, əgər Ermənistanda doğum indiki səviyyədə qalarsa, belə nəticəni gözləmək olar.

Dünya reytinqində Ermənistan doğumun ümumi səviyyəsinə görə 205-ci yeri tutur. Ambarsumyan qadınların təhsil və karyera naminə uşaq dünyaya gətirməkdən imtina etdiyi bir halda, ölkənin sosial sonsuzluq ilə üzləşəcəyini istisna etməyib. Məsələn, Fransada birinci dəfə dünyaya uşaq gətirən qadının orta yaş həddi 31-dir. “Zənnimcə, Ermənistanda da oxşar tendensiya müşahidə olunacaq”, - Ambarsumyan vurğulayıb. (Turan)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar