SON XƏBƏRLƏR

Rayonlarımızdakı daşqınlığa İran səbəb olub

2021.10.20, 07:36
Rayonlarımızdakı daşqınlığa İran səbəb olub

Gunaz.tv

GünAzTv: Hadisəyə “Xudafərin” su anbarından Araz çayına suyun normadan artıq buraxılması səbəb olubSabirabad və Şirvanda bu gün Kürdə daşqınların baş verməsinin səbəbi işğal altında olan Azərbaycan ərazisindəki “Xudafərin” su anbarından Araz çayına suyun normadan artıq buraxılmasıdır. bu barədə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.

 

 Onun sözlərinə görə, İran tərəfi dünən suyu normadan artıq buraxdığına görə, Araz çayında suyun səviyyəsi kəskin artıb, bu isə Arazda və Kürdə daşqınlara səbəb olub.Ə. Əhmədzadə hazırda Kürün daşması nəticəsində gərgin vəziyyətin yarandığı Şirvan şəhərinin Bayramlı qəsəbəsində və Sabirabad rayonunda bəndlərin betonla bərkidiləcəyini, əraziyə torpaq töküləcəyini və daşqınların qarşısının alınacağını deyib.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar