SON XƏBƏRLƏR

Şahin Fəzli Təbriz zindanından azadlığa buraxılıb

2021.10.20, 07:36
Şahin Fəzli Təbriz zindanından azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Şahin Fəzli 30 aydan çox həbsdə saxlanıldıqdan sonra bu gün 50000 dollarlıq (50 milyon tümən) mülki vəsiqə qarşılığında Təbriz zindanından azadlığa buraxılıb. Onun  məhkəmə iclası 2010-cu il iyun ayının 8-də (xordadın 18-i) keçiriləcək.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, Onun ittihamları xarici ölkələrdəki qruplarla əməkdaşlıq, sistemin əleyhinə təbliğ, ümumi asayişi pozmaq və ictimai rəyi dəyişdirməyə cəhdən ibarətdir.

 

Təbriz universitetinin fəal öyrəncisi, kinoteatr tənqidçisi cənab Şahin Fəzli 2009-cu ilin fevral ayında (1388-ci ilin bəhmən ayı) öz şəxsi evində ETTELAAT (İran Kəşfiyyat nazirliyi) əməkdaşları tərəfindən tutuqlanıb. yaxalanarkən onun evində axtarış aparılıb. Məmurlar onun bəzi şəxsi əşyasını, film arxivini, kompüter və kitablarını özləri ilə aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar