SON XƏBƏRLƏR

Türkiyədə Xocalı soyqırımının qurbanlarının xatirəsinə abidə ucaldılacaq

2021.10.20, 07:36
Türkiyədə Xocalı soyqırımının qurbanlarının xatirəsinə abidə ucaldılacaq

Gunaz.tv

GünAzTv: Uşak bələdiyyəsinin sədrinin müavini Ömər Oqtay Akarca bildirib ki, artıq bununla bağlı təkliflərini hüquq komissiyasına göndəriblər.

Türkiyənin Uşak şəhərində Xocalı soyqırımının qurbanlarının xatirəsinə abidə ucaldılacaq. Uşak bələdiyyəsinin sədrinin müavini Ömər Oqtay Akarca bildirib ki, artıq bununla bağlı təkliflərini hüquq komissiyasına göndəriblər. Onun sözlərinə görə, məqsəd Azərbaycana dəstək, Ermənistana etiraz etməkdir. Bir müddət əvvəl Azərbaycan və Ağrı vilayətindən gələn bir qrup gəncin bu istiqamətdə tələbləri olduğunu bildirən Akarca Xocalıda baş verənlərə laqeyd qalmayacaqlarını deyib: “Xocalıda baş verənlərə laqeyd qalmağımız mümkün deyil. Bələdiyyə məclisində qrupu olan 3 partiyanın da bu təklifə dəstək verəcəyini ümid edirəm”. Abidənin şəhər mərkəzindəki “Atatürk” parkında ucaldılacağını deyən Ömər Oqtay Akarca Türk dünyasının heç bir şəkildə 3 milyon əhalisi olan Ermənistandan qorxmadığını və qorxmayacağını vurğulayıb. Qeyd edək ki, bələdiyyə məclisinin üzvü olan siyasi partiyalar bu təklifə dəstək verəcəklərini və təklifi yekdilliklə qəbul edəcəklərini bildiriblər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar