SON XƏBƏRLƏR

AKP öz məqsədinə yaxınlaşır

2021.10.20, 07:36
AKP öz məqsədinə yaxınlaşır

Gunaz.tv

GünAzTv: Türkiyə parlamentində konstitusiya dəyişikliyiylə bağlı aparılan müzakirələr başa çatıb. Dəyişiklik paketi 336 səslə Böyük Millət Məclisində qəbul edilib. İndi növbə prezident Abdullah Gülündür. O da sənədi təsdiqləsə onda ölkədə referendum keçriləcək. Aprelin 19-dan başlamış konstitusiya dəyişikliklə bağlı müzakirələr nəhayyət başa çatdı. Konstitusiya dəyişikliylə bağlı son müzakirələr dünən gecə yarısınadək davam edib. Sonda təkliflər paketində nəzərdə tutulan müəddalar səsə qoyulub. 402 deputatın iştirak etdiyi səsvermədə sənəd 336 səs lehinə olmaqla qəbul edilib. Beləliklə parlamentə 30 maddən 28 maddənin təsdiqlənməsiylə müzakirələr sona çatıb. Təsdiqlənməyən maddələr siyasi partiyaların bağlanması ilə bağlı olan maddələrdir. Ümumilikdə iki maddənin qəbul edilməməsinə baxmayaraq nəticə hakim Ədalət və İnkişaf Partiyasını razı salıb. Parlamentdəki müzakirədən sonra partiyanın iclasını çağıran baş nazir Rəcəb Tayyib Ərdoğan keçriləcək referendumun Türkiyə üçün yeni bahar olacağını deyib. Konstitusiya dəyişiklik paketinin referenduma çıxarılması üçün isə prezident Abdullah Gülün sənədi təsdiqləməsi lazımdır. Əgər bu baş verərsə, paketlə bağlı son sözü xalq deyəcək. Digər bir xəbər isə ana müxalifət Cümhuriyyət Xalq Partiyasıyla bağlıdır. CHP qəbul edəilən sənədlə bağlı konstitusiya məhkəməsinə şikayət edə bilər. Dəyişiklik paketiylə bağlı çıxış edən partiya rəhbəri Dəniz Baykal iqtidarın siyasətini tənqid edib. Baykal deyib ki, iqtidarın Türkiyədə hegamonluğuna yol verilməyəcək. Konstitusiya dəyişikliyində əsas məsələlərdən bir Türkiyənin hüquq sistemində islahatlarla bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar