SON XƏBƏRLƏR

Ermənilər İrəvanda betondan “Ağrı Dağı” tikəcəklər

2021.10.20, 07:36
Ermənilər İrəvanda betondan “Ağrı Dağı” tikəcəklər

Gunaz.tv

GünAzTv: Diaspora bunun üçün İrəvanda betondan dağ tikmək barədə qərar veriblər.Erməni diasporu illərdir özləri üçün qurduqları yalan xəyallar fonunda bir sıra addımlar atmağa hazırlaşırlar. artıq diaspora bunlardan birini də reallaşdırmaq eşqinə düşüb. Belə ki, erməni diasporu emblemlərində yer alan Ağrı Dağının İrəvanda oxşarının qurulmasını istəyir. Bunun üçün Alabama ştatında fəaliyyət göstərən «Forrest Fulton» Memarlıq Şirkətinə Ağrı Dağı planı hazırlamaq barədə sifariş veriblər. TİA.AZ erməni «Panorama» saytına istinadən xəbər verir ki, inşa ediləcək «Ağrı Dağı»na «Lace Hill», yəni «Dantel təpəsi» adı veriləcək. Betonla tikiləcək dağ 85 min kvadrat metr ərazini əhatə edəcək. «Dağ»ın xarici görünüşü erməni motivləri ilə bəzədilmiş baloknlarla və formalarla bəzədiləcək. Dağın içində yerləşdiriləcək kompleksdə isə mağazalar, lüks binalar, otel və əyləncə mərkəzləri yerləşdiriləcək. Qondarma «Ağrı Dağı»nın nə zaman tikintisinə başlanılacağı və nə qədər xərc aparacağı barədə isə məlumat verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar