SON XƏBƏRLƏR

Azərbaycanın təhsil naziri Misir Mərdanov İranla diplom qalmaqalına sərt reaksiya verib

2021.10.20, 07:36
Azərbaycanın təhsil naziri Misir Mərdanov İranla diplom qalmaqalına sərt reaksiya verib

Gunaz.tv

GünAzTv: “İran səhiyyə nazirinin müavininin Azərbaycan Tibb Universitetinin (ATU) diplomlarını tanımaması ilə bağlı açıqlamasını mətbuatdan oxumuşam. Bununla bağlı ATU-nun rektoru Əhliman Əmiraslanovla da danışmışam. Onun dediyinə görə, bir müddət bundan əvvəl İranın səhiyyə naziri burada olub, geri qayıdandan sonra bu məsələni qaldırıblar. Bu məsələnin detallarından mənim xəbərim yoxdur. Ancaq biz də marağında deyilik ki, İrandan çoxlu sayda tələbə gəlib burada oxusun".  bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov İranın səhiyyə nazirinin müavini Məhəmmədəli Mohəqqiqinin bu ölkənin ATU-nun diplomlarını etibarsız sayması ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir bildirib ki, onsuz da Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin sayı günbəgün artmaqdadır: “Bizim bununla bağlı ciddi problemimiz yoxdur”. M.Mərdanovun sözlərinə görə, bir neçə ildir, Almaniyanın DAD təşkilatı ilə müqavilə imzalanıb: “Onlar hər il burada müsabiqə edib ATU-nun mütəxəssislərini oxumağa aparırlar. Keçən il də, bu il də Almaniyadan gələn tibb mütəxəssisləri ATU-nun tələbələrinin biliyini çox yüksək qiymətləndiriblər. Bütövlükdə ATU-da təhsil alan tələbələrin hazırlığından dünyada razıdırlar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar