Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Arman təşkilatının 10 min dollar maliyyə girovla azadlığa buraxılan baş katibi Qadir Novruzinin vəkili Nağı Mahmudi “Bizim Yol” qəzetinə telefon söhbətində maraqlı açıqlamalar verib. Müsahibəni olduğu kimi təqdim edirik.
Keçən həftənin sonu Təbriz şəhərinin özəl universitetində yeganə tələbə təşkilatının qapısı da möhürlənib. Arman adlı bu təşkilatın fəaliyyəti dayandırılıb və bəzi üzvləri məhkəməyə verilib. Arman təşkilatının 10 min dollar maliyyə girovla azadlığa buraxılan baş katibi Qadir Novruzinin vəkili Nağı Mahmudi əməkdaşımızla (Bizim Yol qəzeti) telefon söhbətində maraqlı açıqlamalar verib.
Vəkil deyib ki, təşkilatın xanım üzvü Fatimə Nəsirpur Pişəvəri hakimiyyəti zamanı qadınların hüquqlarının təmini və qəhrəman qadınların Azərbaycanın o dövründə (1944-45-cı illər) rolu haqda jurnal hazırlayıb və Mərənd şəhərində çapa verib. Təbrizin Milli Təhlükəsizk Xidməti (Ettelaat) bundan xəbər tutan kimi, Mərənd şəhərindəki nəşriyyata gedib, jurnalın çapını dayandırıb və xanım Nəsirpurun həbsindən sonra, Arman təşkilatının fəaliyyətinin dayandırılması haqda məhkəmə qərar verib. Xatırladaq ki, Tehran ermənilərinin parlamentdəki nümayəndəsi Georg Vartan \"Bizim Yol\" qəzetinə müsahibəsində bildirmişdi ki, İranda 100 min erməninin 30-dan çox özünə məxsus məktəbi, 26 idman və mədəniyyət ocağı və bir çox təşkilatlar var. Onun sözlərinə görə, ermənilərin İranda vətəndaş hüququ baxımdan heç bir problemi yoxdur. 70 milyondan artıq əhalisi olan İranda, qeyri-rəsmi məlumata əsasən, 35 milyon azərbaycanlı, 8 milyon kürd, 5 milyon bəluç, 1.2 milyon ərəb və 100 min erməni var. İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Vartan bildirmişdi ki, İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır və universitetdə \"erməni dili\" fakültəsində oxuyurular.Keçən il, Təbriz universitetinin 8 tələbəsi milli hüquqları və kimliklərini mədəni fəaliyyətlərlə tanıtdırmağa çalışmaq üstündə universitetdən qovulub. Bu tələbələrin o zaman vəkilliyini qəbul edən, Məhmudi cənabları \"Bizim Yol\" qəzetinə bildirb ki, milli fəaliyyətlə bağlı məhkəmədə hüquqlarını müdafiə etdiyi şəxslər çoxdur, bunları içində tələbələr də var Onun sözlərinə görə, tələbələrə daha çox təzyiq edilir.Məhmudinin dediklərinə görə, onun müvəkkili Novruzi üç günlük istintaqdan sonra hakim Qazizadənin qərarı ilə 10 min dollar maliyyə girovla müvəqqəti olaraq azadlığa buraxılıb. Məhmudi bildirib ki, Novruzinin ittihamı \"rejimə qarşı propaqanda və Azərbaycan Demokrat Partiyasının təbliği\"-dir. Vəkil deyir ki, Pişəvərinin Demokrat partiyası artıq 60 ildən çoxdur ki, yoxdur. \"Nə Pişəvəri, nə də onun partiyası var, olmayan bir şey necə ittiham mövzusu ola bilər?\",- deyə Məhmudi təəccüb etmişdi. Amma 1915-ci illərdə qondarma erməni soyqırımını hər il 24 apreldə İranda ermənilər qeyd edirlər. Vartanın sözlərinə görə, parlamentdə də bu haqda erməni deputatları nitq söyləyirlər.Beynəlxalq Qadınlar günü münasibətilə Arman təşkilatının üzvi olan xanım Nəsirpurun topladığı məqalələr və materiallarda \"Azərbaycan hərəkatında qadınların rolu\" əsas mövzu olub. Xatırladaq ki, 2001-ci ildən Təbrizdə fəaliyyət göstərən Arman təşkilatı 2003-cü ildə Xocalı soyqırımı ilə bağlı foto-sərgi və konfrans təşkil etsə də, hakimiyyət bu sərgini açılışdan bir gün sonra bağlamışdı. Həmin il, İsfahan və Tehran şəhərində açıq aksiya keçirən ermənilər, Təbrizin Şəhnaz xiyabanında da hakimiyyətin dəstəyi ilə aksiya keçirmişdi, hansı ki, xalqın sərt reaksiyasına tuş gəlmişdi.Azərbaycan tələbərlərinin yaratdığı təşkilatlar bircə-bircə bağlansa da, son ümid Armanın təşəkkülünə idi. Bundan əvvəl, 2004-cü ildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbirə hazırlaşan Zəncan şəhərinin İslami Tələbə Təşkilatının fəaliyyəti hakimiyyət və Təhsil Nazirliyi tərəfindən dayandırılıb və bu təşkilatın baş katibi universitetdən qovulmuşdu.Arman təşkilatının üzvləri açıq məktubla xalq və hakimiyyətə müraciət ediblər. Məktubda yazılıb: \"Bəzi məmurlar istədiyi məqam və vəzifələrə nail olmaq üçün öz xəyallarında Azərbaycan mədəni hərəkatların və tələbə təşkilatlarının fəaliyyətinin qarşısını kəsiblər. Onlar Arman təşkilatının fəaliyyətini dayandırmaq qərarına gəldilər, hansı ki, bu təşkilat bütün fəaliyyətini Ana Yasa çərçivəsində həyata keçirirdi. Universitetdə dörd semester müddətində ana dili (azərbaycan dili) kursları keçirmişdi, onlar bizim fəaliyyət göstərdiyimiz otağı möhürlədilər. Lakin bu universitetin 30 min tələbəsinin fəaliyyətini və maraqlarını necə dayandıra bilərlər\"?!Arman təşkilatı bu həftə, universitet içində aksiya keçirməyi planlaşdırır.Baxmayaraq ki, İran Konstitusiyasının 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. İranda isə yalnız ermənilərinin vətəndaş hüququ təmin olunur.Ermənilərin İranda azadlıqlarına rəğmən, həbsdə olan azərbaycanlı milli fəallar, məhbus hüquqlarından da məhrumdurlar. \"Bizim Yol\"da çap olunan müsahibədə Ərdəbildə həbsxana məmurlarının işgəncə verdiyi fəalların vəkili Məhəmməd Riza Fəqihi müvəkkillərinin12 gündür aclıq aksiyası keçirdiyini bildirmişdi. Aksiyaya əsas səbəb həbsxana məmurlarının bu fəalları edama məhkum olunmuş narkobarona döydürmələri olub. Mart ayında Güney Azərbaycan milli fəallarının hüquqlarının pozulması faktlarıİran Azərbaycanlıları Məhbuslarının Hüquqlarının Müdafiəsi Təşkilatı keçən ay İranda yaşayan soydaşlarımızın və milli fəalların hüquqlarının pozulması ilə bağlı növbəti məruzəsini yayıb. Ingilis dilində yayılan məruzənin bir üzü də \"Bizim Yol” qəzetinə göndərilib. Məruzəyə əsasən, mart ayında Novruz bayramının tətil günlərində belə, tutulan fəalların istintaqı və həbs cəzalarının verilməsi dayandırılmayıb. - Mart ayının 16-da milli fəal Məhəmməd Rahvər 8 aylıq həbs cəzasına məhkum olunub. - Fars-Azərbaycan dilində yayılan \"Sina\" jurnalının nəşri hakimiyyət tərəfindən \"milli separatizmi yaymaq\" ittihamı ilə dayandırılıb. Həmçinin, 2005-ci ildə bir neçə aydan bir nəşr olunan \"Yarpaq\" jurnalının baş redaktoru Eynaz Tahaya xəbərdarlıq olunub ki, bu dərgini dayandırsın.- Təbriz universitetinin tələbəsi və milli fəal Rəhman Fəzli iki ay bundan əvvəl tutulub və təcridxanada saxlanılır. Bundan əvvəl, o, bir neçə dəfə də tutulub, maliyyə vəsiqə girovu ilə azadlığa buraxılan Fəzli \"ölkədə ixtişaş yaratma, xarici təşkilatlarla əməkdaşlıq və rejim əleyhinə propaqanda etmək\"-də ittiham olunub.- Hazırda Türkiyəyə sığınmış bloqer və mədəni fəal Şahnaz xanım Xiyavi qiyabi olaraq məhkəmədə 8 il həbs cəzasına məhkum olunub. Mart ayında keçiriliən qiyabi məhkəmədə, onu xairici terror təşkilatı olan Xalq Mücahidləri ilə əməkdaşlıqda ittiham ediblər.- Jurnalist və milli fəal Həsən Ərk və İbrahim Dəşti 39 gün təcridxanada qaldıqdan sonra Təbriz İnqilab Məhkəməsi tərəfindən 91 gün həbs cəzasına məhkum olunublar. Onlar \"Günez Tv\"-yə müsahibə verməkdə və rejim əleyhinə propaqanda aparmaqda ittiham olunmuşdu.- Milli fəal Abdullah Səduqi 52 gün təcridxanada saxlanıldıqdan sonra, martın 10-da, 20 min dollar maliyyə girovla müvəqqəti olaraq azadlığa buraxılıb. Səduqi tutulduqdan sonra 21 gün aclıq aksiyası keçirmişdi. “Amnesty İnternational” təşkilatı Səduqinin həbsini pisləyərək, martın 9-da İran hakimiyyətindən onu vəkillə təmin edib, azadlığa buraxmasını tələb etmişdi.- Milli fəal Rıza Əbri də 76 gün həbsdən sonra, 20 min dollar maliyyə girovla azadlığa buraxılıb. İbrahim İsmaili isə 52 gün həbsdən sonra, martın 13-də, 50 min dollar maliyyə girov qoymaqla azadlığa buraxılıb. İsmalili rejimə qarşı propaqanda və Azərbaycan Respublikasına casusluqda ittiham olunub.Renad Menşov
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu