SON XƏBƏRLƏR

22 may (1 xordad) ərəfəsində Qoşaçay divarları milli şüarlarla bəzənilib

2021.10.20, 07:36
22 may (1 xordad) ərəfəsində Qoşaçay divarları milli şüarlarla bəzənilib

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanda 22 may (1 xordad) milli qiyam gününün ildönümü yaxınlaşdıqca, hazırlıq fəaliyyətləri müşahidə olunur.

 

GünAzTv mətbuat mərkəzinin “Sulduz Xəbər”-ə istinadən yaydığı məlumata görə, Qoşaçay gəncləri milli qiyamın ildönümü ərəfəsində öz şəhərlərinin divarları üzərinə çoxlu milli məzmunlu şüarlar yazıblar.

 

Onlar milli qiyamın ildönümü ilə bağlı keçiriləcək xatırlama mərasimlərinə şağırış məzmunlu BİLDİRİŞlər yayıb, Divarlara  “ya azadlıq ya ölüm”, “Haray haray mən türkəm” kimi şüarlar yazıb və Azərbaycan bayrağını yayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar