SON XƏBƏRLƏR

Qardaş ölkələr arasında viza rejimi ləğv ediləcək

2021.10.20, 07:36
Qardaş ölkələr arasında viza rejimi ləğv ediləcək

Gunaz.tv

GünAzTv: Tək viza deyil, Türkiyə və Azərbaycan arasında hərbi strateji işbirliyi məsələsinin həllini tapması da gərəkdirMərmərə Qrupu Dərnəyinin təşkilatçılığı ilə İstanbulda işə başlayan Avrasiya İqtisadi sammitində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxış edib. Əli Həsənov deyib ki, əgər Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyi düşünürsə, Azərbaycan bunu daha öncədən düşünür. Əli Həsənov Azərbaycan və Türkiyə arasında yeganə problemin viza ilə bağlı olmadığını, enerji və tranzitlə məsələləri ilə bağlı müzakirələr aparıldığını söyləyib: “Bu problemlər xalqlarımız, millətlərimiz tərəfindən anlaşılır, duyulur və onların həlli istiqamətində səylər göstərilir. Bu problemlərin yaxın zamanda çözüləcəyinə inanırıq”. Şöbə müdiri qeyd edib ki, viza məsələsi ilə bağlı hər iki ölkənin xarici işlər naziri ortaq fəaliyyət göstərirlər: "Tək viza deyil, Türkiyə və Azərbaycan arasında hərbi strateji işbirliyi məsələsinin həllini tapması da gərəkdir. Rusiya və Ermənistan arasında belə bir işbirliyi varsa, Azərbaycanla Türkiyə arasında niyə olmasın? Türkiyə və Azərbaycan arasında sərhədlərin qaldırılması, Azərbaycan və Orta Asiya təbii qazının Türkiyə üzərindən və Türkiyənin vasitəçiliyi ilə Avropaya çatdırılması kimi bir çox məsələlər var. Amma bunlar müvafiq qurumların gündəmindədir və onların qısa zamanda həllini tapacağına inanıram". Əli Həsənov vurğulayıb ki, hazırda da Azərbaycan və Türkiyə arasında viza rejimi formal xarakter daşıyır: “Mütləq Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv olunacaq. Bunun nə zaman olacağı müvafiq qurumların işidir".Prezident Administrasiyasının şöbə müdiri onu da bildirib ki, Azərbaycan “Nabucco” layihəsinə dəstək verməyə hazırdır: “Amma Azərbaycanın bu layihəyə verə biləcəyi qazdır və Azərbaycan da o qazı verməyə hazırdır. Amma Azərbaycanın İtaliya, Bolqarıstan və Almaniyanın qaz ehtiyacı üçün Avropaya qaz boru xəti çəkməsi mümkün deyil. Bu, 20 milyard dollarlıq bir layihədir. Azərbaycan qazının 50 faizini “Nabucco”ya verməyə hazırdır. Bunun üçün “Şahdəniz” qaz yatağının ikinci fazası hazırlanır və Azərbaycan bu işi görəcək”. Qeyd edək ki, Avrasiya İqtisadi Sammitində 44 ölkədən prezident, parlament sədri və yüksək vəzifəli şəxslər iştirak edirlər. Lent-az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar