SON XƏBƏRLƏR

Əlyar Səfərli: İran Azərbaycan məscidlərində təxribatçı ideoloji mərkəzlər yaradır

2021.10.20, 07:36
Əlyar Səfərli: İran Azərbaycan məscidlərində təxribatçı ideoloji mərkəzlər yaradır

Gunaz.tv

GünAzTv: Azərbaycanda fəaliyyət göstərən məscidlərdə İran islam inqilabının lideri Xomeyninin kitabları toplanılır, oxudulur, öyrədilir və təbliğ olunur. Bu məlumatı "OLAYLAR"a Azərbaycanın İrandakı sabiq səfiri Əlyar Səfərli verib: "Məscidlərin əksəriyyətində İranın Qumda çap etdirdiyi əsərlərdən istifadə olunur. Burda günahkar kimdir? Bu adamlara qarşı mübarizə aparmaq lazımdır".

 

 Ə.Səfərli İranın "Səhər" televiziyada Azərbaycana qarşı aparılan anti-təbliğata da toxunub. Bildirib ki, adı çəkilən televiziyada hər gün Azərbaycana, dövlətçiliyimizə qarşı əks-təbliğat aparılır: "Bizə isə televiziyalarda çıxış etməyə imkan verilmir. "Kompas" verilişi hər gün Azərbaycan dövlətini nüfuzdan salmağa çalışır. Bildirirlər ki, Azərbaycan dövləti niyə "Fatimeyi-Zəhra" məscidini tikməyə imkan vermir. Eyni zamanda məscidlərin söküldüyünü bildirirlər". Ə.Səfərlinin sözlərinə görə, İran məscidlərdə təxribatçı ideoloji mərkəzlər yaratmaq istəyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar