SON XƏBƏRLƏR

Qazaxıstan prezidenti Nazarbayevə “MİLLƏT ATASI” statusu verilir

2021.10.20, 07:36
Qazaxıstan prezidenti Nazarbayevə “MİLLƏT ATASI” statusu verilir

Gunaz.tv

GünAzTv: Qazaxıstan parlamenti prezident Nursultan Nazarbayevə konstitusiya ilə təsbit olunmuş “millət atası” statusunu verməyə hazırlaşır. “İnterfaks” agentliyinin xəbərinə görə, bu barədə qanun layihəsi yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacaq.

Layihənin müəlliflərindən biri Amzebek Jolişibekov deyib ki, “millət atası” statusu Nazarbayev üçün konstitusiya qanunu ilə müəyyən olunacaq. Onun fikrincə, Nazarbayev Qazaxıstanın “nadir inkişaf yolunu” təmin etdiyi üçün bu statusa layiqdir.Jolşıbekov deyib ki, qanun layihəsində “millət atası” statusunun səlahiyyətləri də müəyyən olunur. Layihəyə görə ölkənin xarici və daxili siyasətinə dair əsas məsələlər “millət atası” ilə razılaşdırılmalıdır. Nazarbayev prezident postundan getsə belə bu səlahiyyətlərə malik olacaq. Layihədə deyilir ki, Nazarbayevi heç bir halda prezidentliyi dövründə yol verdiyi əməllərə görə məsuliyyətə cəlb etmək olmaz, həmçinin onun ailə üzvləri və qohumları da bu cür immunitetə malik olacaq.Rusiya mətbuatı qeyd edir ki, Qazaxıstanda belə qanun layihəsinin hazırlanması qonşu Qırğızıstanda baş verən hadisələrdən sonraya təsadüf edib. Qırğızıstanda Kurmanbek Bakiyevin xalq tərəfindən devrilməsindən sonra müvəqqəti hökumət onun və ailə üzvlərinin barəsində bir sıra ağır ittihamlarla cinayət işləri qaldırıb. Həmçinin yeni hakimiyyət Bakiyevin toxunulmazlıq hüququnu ləğv edib. Mümkündür ki, Qazaxıstanda da bu cür hadisələrin baş verməsi ehtimalına qarşı Nazarbayevə “millət atası” statusu verib onun daimi toxunulmazlığını və hakimiyyətini möhkəmləndirmək fikrinə düşüblər. Nazarbayev 1989-cu ildən bu yana Qazaxıstanı idarə edir, onun istədiyi müddətə hakimiyyətdə qalmaq səlahiyyəti var. Lakin məlumatlara görə, Nazarbayev müəyyən müddətdən sonra prezident postundan çəkilib öz varisini ora təyin etməyə hazırlaşır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar