Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: İran rejimi nə üçün “Traxtur” tərəfdarlarını iğtişaşa sürüklüyür? Hökumət tərəfdarlarının “Traxtur” müsabiqələrində təhqir edici şüarları nəyə hesablanıb? təhqir edici səhnənin İran Telekanalından yayımlanması nə məqsədi güdür? Bütün bunlar hansı orqanın mətbəxində hazırlanır?!!!
Təbrizi daha doğrusu Güney Azərbaycanı, İran üzrə Superliqa müsabiqələrində təmsil edən “Traxtur” futbol komandasına və onun tərəfdarlarına qarşı hesablanmış təxribat xarakterli tədbirlər öz yerini yeni plana verməkdədir. “Traxtur” komandasının superliqa müsabiqələrindən çıxartmaq istəyən qüvvələr İlkin planlarının boşa çıxdığını görüncə yeni planın üzərində düşünməli oldular. Bu planların kokündə duran səbəbləri Futbol çərçivəsinin xaricində axtarmaq lazımdır.
FUTBOL TƏRƏFDARLARINDAN “AZƏRBAYCAN” MESAJİ
“Traxtur” komandası ölkə üzrə superliqa müsabiqələrində iştirak etdikdən sonra bu komandanın Azərbaycan daxilində 100000-lə tərəfdarı olduğu nəinki İran rejimini, daxili və xarici Kütləvi İnformasiya Vasitələrini və hətta bəzi Azərbaycanlıları da təccübləndirdi. Daha irəli gedərək “Traxtur” tərəfdarlarının Futbol yarışlarında Azərbaycan türk millətinin milli hüquqlarının bərpası uğrunda kəskin şüarları və milli kimlik məzmunlu plakatlar, sloqanlar və yazılar çoxlarını şoka saldı. “Traxtur” tərəfdarlarının dairəsinin Azərbaycanın bütün təbəqələrini əhatə edəcək dərəcədə genişlənməsi, tərəfdarların demokratik şüarları, İran rejimini təşvişə saldı. Onsuzda illərdir Azərbaycan xalqının milli hüquqlarının tələbi qarşısında titrəyən və beynəlxalq səhnədə minbir problemlə üzləşən İran rejimi, bu dəfədə ənənəvi sərt metodlara əl atdı:
“TRAXTUR” TƏRƏFDARLARINA TƏZYİQ PLANI
“Traxtur” tərəfdarları öz milli və demokratik istəklərini dünyaya duyurmasınlar deyə, İran rejimi tərəfindən hədəfə alındılar. Demək olarki heç bir “Traxtur” müsabiqəsi olmadı ki, orda Polis komanda tərəfdarlarını rahat buraxsın. xüsusi ilə Təbrizdə keçirilən “Traxtur” müsabiqələrində hər zaman bir neçə nəfər və bəzən 10-larla insan tutuqlanıb həbsə alındı. Bu səbəbdən aylarca saxlanılan soydaşlarımız oldu. tamaşaçılar Stadyoma (stadion) giriş zamanı, polis tərəfindən sanki bir hərbi vəziyyət varmış kimi yoxlanıldılar. Onlardan “Traxtur” afişaları (puster), plakatlar, qırmızı parçalar və ... alındı. Müsabiqələr keçirilən gün Təbrizdə Nasir Bəxtiyari və Hüseyn Bəy kimi bir neçə milli-mədəni fəal, Polisin təhlükəsizlik şöbəsinə çağrılıb və müsabiqə qurtarana qədər orda saxlanıldılar. Eyn faktlar Azərbaycanın digər şəhərlərində də qeydə alındı. Ilıxçı yoxlama mərkəzində Azərbaycanın müxtəlif şəhərlərindən gələn mədəni fəallar yoxlanılıb və avtobusdan aşağı düşürüldülər. Müsabiqələrdə özəlliklə “Perspolis”-lə yarışda bir neçə tamaşaçının polis tərəfindən döyülmə faktı müşahidə olundu. Stadyoma (stadion) girişləri yasaqlanmış ailələr, “Traxtur” tərəfdarlarına qatılmaq üçün stadyomun göründüyü təpəyə üz tutdular. Ancaq polis orda da onları rahat buraxmadı. 30-dan artıq xanım soydaşımız tutuqlanıb, sorğu-suala tutuldular. Ama bütün bunlara rəğmən tərəfdarların sayı artdı, “90 Proqramı”-da işə yaramadı. milli-demokratik şüarlar isə daha yüksəkdən səslənildi və “Traxtur” komandası yaratdığı həyəcanla öz tərəfdarları ilə birlikdə İran futbolunun zirvəsində parladı.
“TRAXTUR”-U SUPERLİQADAN KƏNARLAŞDIRMA PLANI
Bu plan mühüm, bir çox halda isə həledici ancaq İran mühitində adiləşmiş metoddur. Bu planda əsas rol hakimin üzərinə düşür. Hakim anlaşılmaz penaltı tutmalı, sarı və qırmızı kart göstərməli, qarşı tərəfin xətasını görməməli və nəhayət ki “TRAXTUR”-u ya uduzdurmalı vəya oyunu tərk etməyə məcbur etdirməlidir . lazım gələrsə hakim bunu bacara bilmirsə müsabiqəyə 24 saat qalmış hakim qəflətən dəyişilməlidir ( “Traxtur – Əbumüslüm” oyunu). Biz bunlarıda İran İslam Respublikasında yaşadıq. “TRAXTUR” klubunun oyanıqlığı və tərəfdarların həssaslığı hələlik bu plana da sinə gəlib.
“TRAXTUR” TƏRƏFDARLARINI İĞTİŞAŞA SÜRÜKLƏMƏK PLANI
Rejimin bütün planları Məzmunca siyasi xarakter daşısada ancaq son plan həmdə formaca başqa sözlə desək tam çılpaqlığı ilə siyasidir. Bu, siyasətdəki A. B. C planını xatırladır. A və B məqsədə çatmış olsaydı, Daha C-yə ehtiyac olmayacaqdı. “Traxtur” tərəfdarlarının “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” kimi milli məzmunlu və demokratik şüarlarına dözməyib, zindanları adi tamaşaçılarla dolduran İran rejimi bu dəfə bu şüarların qarşılığını “torke xər” (eşşək türk) şüarı ilə verir. Beləki hətta “Mis” komandası kimi taxımın yarışına belə, 13 min nəfər tamaşaçı gətirə bilir (müsabiqə Kirmanda keçirildiyi üçün onlardan ancaq 1000 nəfəri "Traxtur" tərəfdarı olduğu bildirilir). Stadyomda (stadion) xüsusi yer ayrılmış məkanda rejimin əlaltıları oturur. Onlar ilk oncə İran rejimini öyən “ALLAH o əkbər” kimi şüarlar səsləndirirlər. Bir ara fasilədən sonra güya tamaşaçı qismində göstərilən rejim əlaltıları Azərbaycan türk millətini təhqir etməyə başlayırlar. Rejimə arxalanan muzdurlar heç bir təhqir edici ifadədən o cümlədən “torke xər” deyib bağırmaqdan çəkinmirlər. Daha önəmlisi isə bu ssenarinin digər iştirakçıları sözü gedən utandırıcı səhnəni İranın rəsmi televiziyasının ekranına daşıyıb və bütün çılpaqlığı ilə milyonlarla izləyicinin diqqətinə çatdırırlar. əcaba İranın Təhlükəsizliyinin sorumlusu olan qüvvələr nədən belə bir riskə gedib və Azərbaycanlıların əsəbləri ilə oynayırlar?!!! Nədən bu mənzərəni gizlətmək yerinə reklam edirlər?!!! bu ssenari hansı orqanın mətbəxində hazırlanıb?!!!
Bu sualın cavabı, yazılan yazının məğzidir. Onlar düşünülmüş şəkildə bu təhqir edici mənzərənin həm yaradıcısı, həm qoruyucusu və həmdə yayımcısıdırlar. Onlar “Traxtur”-u tamaşaçısız şəkildə müsabiqə verməyə məcbur etmək istəyirlər. çalışırlar ki, “Traxtur” tərəfdarları “Türk dilində mədrəsə , olmalıdır hər kəsə” kimi demokratik məzmunlu şüarlarının içəriyini dəyişib onlara yaman-yovuzla cavab versinlər. bununla da bu vəya digər şəkildə özlərinin nəzərdə tutduğu iğtişaşa şərait yaradırlar. Onlar bununla iki məqsəd güdürlər:
1) “Traxtur” komandasını və onun tərəfdarlarını iğtişaşa cəlb edib və bununlada “Traxtur” komandasını tamaşaçısız müsabiqə verməyə məcbur etsinlər. Onlar bunu etmək üçün ona hüquqi zəmin hazırlayırlar.
2) uzaq zamana hesablanmış, ümumiyyətlə milli hərəkatda səsləndirilən şüarları dayaz, qeyri hüquqi, qeyri demokratik və qəbul olunmaz göstərib və tədricən şüarların milli içəriyini yüngülləşdirsinlər.
MİLLİ HƏRƏKATIN VƏ FƏAL GƏNCLƏRİN YETKİNLİK TESTİ
Bu günə qədər milli hərəkat çoxlu qurqular və ssenarilərdən keçib. Prezident seçkiləri kimi Siyasi, Babək qalası yürüşündəki hadisələri kimi mədəni və İranın müxtəlif Kütləvi İnformasiya Vasitələrinin düşünülmüş təhqirləri kimi sosyal-Psixoloji ssenarilərdən keçib gələn milli hərəkat eyn dirayət və müdrüklüyü bu ssenaridə də göstərməlidir. “Traxtur” yarışlarının bu şəkildə dəvam etməsi gəncliyimizin formalaşması üçün əvəzedilməz amildir. Bütün bunları nəzərə alaraq rejimin düşünülmüş ssenarisi ilə şüurlu şəkildə qarşılaşıb, “Traxtur” müsabiqələrinin dəvamı üçün heç bir tuzağa düşməməliyik. Hər zamankı kimi milli, demokratik, anlamlı, və hüquqi məzmunlu şüarlarımızı dəvam etdirib, pusquda duran rejimin əlinə bəhanə verməməliyik.
“Yaşasın ulu yurdumuz Azərbaycan”
GünAzTv mətbuat mərkəzi
Nəbi Soytürk
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu