SON XƏBƏRLƏR

Təbriz universiteti öyrənciləri Azərbaycana edilən təhqir barədə bəyanat yayıblar

2021.10.20, 07:36
Təbriz universiteti öyrənciləri Azərbaycana edilən təhqir barədə bəyanat yayıblar

Gunaz.tv

GünAzTv: Təbriz universitetinin Bir qrup öyrəncisi 2010-cu il may ayının 2-də (ordibeheştin 12-i) milli futbol komandamız “Traxtur”-la Kirmanın “Mis” komandası arasında keçirilən müsabiqədə, fars irqçılarının Azərbaycan türk millətinə yönəlik təhqir edici şüarları barədə bəyanat yayıblar. onlar fars irqçılarının bu hərəkətini, xüsusi ilə bu səhnənin İran dövlət Televiziyasında yayımlanmasını məhkum ediblər.

 

Öyrəncilər bu əməlin  törədə biləcəyi problemlərlə bağlı xəbərdarlıq edib və sözü gedən faktı faşizm düşüncəsinin məhsulu kimi qiymətləndiriblər.

 

Bəyanatda vurqulanır ki, bu irqçı faktdan sonra yarana biləcək problemlərin məsuliyyətini, elə bu çirkin əməli törədənlərin özləri daşıyacaq.

 

Bəyanatda nümunə seçilmiş Buşehr tamaşaçılarının türk millətinə yönəlik səsləndirdikləri təhqirlər, İsfahan və Məşhəd şəhərlərində  yaşananlar və digər faktlara da işarə olunub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar