SON XƏBƏRLƏR

Yunis ağayan Urmu zindanında aclıq aksiyasına başlayıb

2021.10.20, 07:36
Yunis ağayan Urmu zindanında aclıq aksiyasına başlayıb

Gunaz.tv

GünAzTv: Dünən xəbər verdiyimiz kimi Urmu zindanında saxlanılan Əhli-Haqq soydaşımız cənab Yunis Aqayan bu gün aclıq aksiyasına başlayıb.

 

GünAzTv mətbuat mərkəzinin GAİP saytına istinadən yaydığı məlumata görə, cənab Aqayan aclığa başladıqdan öncə aksiya nədəni və tələbləri barədə Zindan məsullarına məktub ünvanlayıb.

 

Xatırladaq ki, Qoşaçayın Üçtəpə kəndindən olan Ağayan 2004-cü ildə dörd Əhli-haqq Mehdi Qasımzadə, İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi və Baxşəli Məhəmmədi ilə birlikdə hökumət qüvvələrinə silahlı müqavimət ittihamıyla tutulub. Məhkəmə 3 nəfəri 13 illik həbsə, Qasımzadə və Ağayanı isə edama məhkum edib. Artıq Qasımzadə 2009-cu il fevralın 28-də Urmiya zindanında dar ağacından asılıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar