SON XƏBƏRLƏR

Tehranda heykəl oğruluğu dəvam edir

2021.10.20, 07:36
Tehranda heykəl oğruluğu dəvam edir

Gunaz.tv

GünAzTv: Tehranda son bir ay ərzində şəhərin müxtəlif yerlərində ucaldılmış tanınmış şəxslərin heykəllərinin oğurlanması davam edir.

 

 Srağagün Əbu Səid Əbul-Xeyrin Müniriyyə meydanındakı heykəli də oğurlanıb. Bununla da oğurlanmış heykəllərin sayı 13-ə çatıb. Bu barədə Trend İranın "jamejamonline" internet qəzetinə istinadən məlumat verir.

 

Bundan öncə tanınmış şəxslərdən Tehran şəhər teatrının qarşısında ucaldılmış Məhəmmədhüseyn Şəhriyar, Şəhrara xiyabanında Bağırxan, Millət parkından Səni Xatəm, Qərb şəhərciyində İbn Sina və Sattarxan kimi başqa tanınmış şəxsiyyətlərin heykəlləri oğurlanıb. Tehran Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, heykəllər bürüncdən olduğundan, ehtimal edilir ki, naməlum şəxslər tərəfindən oğurlanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar