SON XƏBƏRLƏR

Azərbaycan rəy-sorğu kampaniyası: Türkiyə dünya üzrə ən səmimi və güvəniləsi ölkədir

2021.10.20, 07:36
Azərbaycan rəy-sorğu kampaniyası: Türkiyə dünya üzrə ən səmimi və güvəniləsi ölkədir

Gunaz.tv

GünAzTv: Bir rəy-sorğu kampaniyasında Azərbaycan Respublikasının vətəndaşları “Azərbaycan üçün Hansı ölkə güvəniləsi və səmimidir?” sualına cavan veriblər. Onların təxminən 87 faizi sualın cavabında “Türkiyə” deyiblər.

 

Almanıyalı fondun dəstəyi ilə “Nəbz İctimai Rəy Təhqiqat Mərkəzi” Azərbaycanda rəy-sorğu kampaniyası ilə birlikdə, İctimai rəyin “Bir millət, İki dövlət” anlayışına münasibətini də öyrənməyə çalışıb.

 

“Hansı ölkə Azərbaycan üçün qeyri dost ölkədir?” sualının cavabında bütün qeyr dost ölkələr Ermənistandan sonra sıralanıb.

 

“Azərbaycan hansı istiqamətə yönəlməlidir?” sualının cavabında, əhalinin 3-də biri Avropanı deyib. 6-da biri isə MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrindən yana olub.

 

Türkiyədən sonra dost ölkələr sırasında Rusiya gəlib.

 

41.7 faiz isə Azərbaycanın beynəlxalq səhnədə tərəfsiz olmasına tərəfdar olduqlarını bildiriblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar