SON XƏBƏRLƏR

Marağanın nümayəndəsi İranın ayri-seçkilik siyasətinə toxunub

2021.10.20, 07:36
Marağanın nümayəndəsi İranın ayri-seçkilik siyasətinə toxunub

Gunaz.tv

GünAzTv: Marağa və Əbəbşer əhalisinin İran parlamentindəki nümayəndəsi, bu gün məclisdəki çıxışında mühüm məsələlərə toxunub.

 

Yusif Nəcəfi bəyan edib ki, dinamik və dəvamlı inkişaf üçün ədaləti inkişaf etdirmək lazımdır. O müəllim gününə işarə edərək, müəllimlərin cəmiyyətə verdiyi töhvədən danışıb. vurqulayıb ki, təhsil məsələsinə diqqət, icra məsullarından olan minimum tələbdir.

 

Nəcəfinin sözlərinə görə, ədalət siyasi baxımdan qüdrət və sərvəti bərabər şəkildə bölməkdir. Halbuki 31 il inqilabdan keçdiyi bir halda, hələdə Anayasanın 15, 3, 24, 30 və 31-ci maddələri icra edilmir.

 

Azərbaycanlı nümayəndə ölkə sənayesinin 70 faizinin böyük şəhərlərə aid olmasını ədalətsizlik adlandırıb. O Bildirib ki, bu məsələ ayrı-seçkiliyin bariz nümunəsidir və bu problemin həlli istiqamətində addimlar atılmalıdır.

 

Nəcəfi xüsusi olaraq nümayəndəsi olduğu Marağa və Əcəbşer şəhərlərinin dövlət tərəfindən yatırılmış sərmayələrdən məhrum olduğunu vurqulayıb. O bu bölgəyə münasibətdə ədalətli olmağı istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar