SON XƏBƏRLƏR

Yunis Ağayan Urmu zindanında işgəncə altındadır

2021.10.20, 07:36
Yunis Ağayan Urmu zindanında işgəncə altındadır

Gunaz.tv

GünAzTv: Urmu zindanında saxlanılan Ələvi soydaşımız Yunis Ağayan dünən həbsxana əməkdaşları tərəfindən işgəncələrə məruz qalıb.

 

GünAzTv mətbuat mərkəzinin “Sulduz Xəbər” saytına istinadən yaydığı məlumata görə, Urmu zindanın məmurları bu gün səhər çağı adını çəkdiyimiz soydaşımızı döyərək, Urmu həbsxanasının siyası məhbuslarına aid bölüməsindən  (12 ci bölmə), Qatil və Narkotik maddə bağımlılarının bölməsinə (1-2 ) köçürüblər.

 

Məlumata görə, Yunis Ağayan həbsxananın daxılı müdiri Peyman Xanzadənin tərəfindən ağır basqılara məruz qalıb. onun həbsxanadakı naməlum vəziyyətinə etiraz olaraq bu gündən etibarən aclıq aksiyasına başlayacağı gözlənilir.

 

 Xatırladaq ki Yunis Ağayan Qoşaçay şəhərinin 3 Təpə kəndinin sakinidir. O  2004-cu ildə,  digər 4 yodaşı (Səhənd Əli və Bəxşəli Məhəmmədi, İbadullah və Məhdi Qasimzadə) ilə birlikdə mənsub olduqları məzhəbin tərəfdarları ilə İran hüquq mühafizə orqanlarının arasında yaranan qarşı durma zamanı həbs edilib.

 

Həmin qarşıdurma nədəni ilə Yunis Ağayan məhkəmə tərəfindən Edam məhkum olub və hazırda edam hökmünün icrasını gözləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar