SON XƏBƏRLƏR

Bakıda soydaşlarımızın 81 faizi internetdən istifadə edir

2021.10.20, 07:36
Bakıda soydaşlarımızın 81 faizi internetdən istifadə edir

Gunaz.tv

GünAzTv: Business Insight (BI) beynəlxalq tədqiqat şirkətinin 734 respondent arasında apardığı sorğu çərçivəsində Azərbaycanın paytaxtı Bakı şəhərində personal kompüteri olan və internetdən istifadə edən əhali sayının xeyli artdığı müəyyən olunub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytında yayılan məlumatda bildirilir ki,  araşdırmanın yekunları üzrə BI tərəfindən təqdim olunan hesabata əsasən, Bakı əhalisinin 81 faizi internet istifadəçisidir ki, ötən il bu rəqəm 41 faiz olub.

Tədqiqat onu göstərir ki, bu cür artım ölkədə internet tariflərinin azalması ilə bağlıdır. “Əhalinin 61,7 faizinin isə evlərində personal kompüterləri var. Paytaxtın internet-istifadəçilərinin əksər hissəsi - 13,9 faizi Adanet provayderinin xidmətlərindən istifadə edir. Adanet-dən sonra Bakıda istifadə olunan provayderlər siyahısında Azeronline (13,8%), Connect (8,2%) və digər şirkətlər gəlir”, - hesabatda deyilir. Bakı istifadəçisinin orta yaş həddi 33-dür. Qaynar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar