SON XƏBƏRLƏR

Ban Ki Mun nüvə məsələsində İrandan şəffaflıq tələb edib

2021.10.20, 07:36
Ban Ki Mun nüvə məsələsində İrandan şəffaflıq tələb edib

Gunaz.tv

GünAzTv: BMT-nin Baş katibi Ban Ki Mun deyib ki, İranın üzərinə düşən məsuliyyət nüvə proqramı ilə bağlı şübhələr və narahatlıqlara aydınlıq gətirməkdən ibarətdir.

GünAzTv mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, Cənab Ban İran prezidenti Mahmud Əhmədinejadı məsələyə konstruktiv yanaşmağa və Beynəlxalq Atom Enerjisi agentliyinin nüvə yanacağına dair açıqladığı təklifləri qəbul etməyə təşviq edib. BMT Baş katibi Nüvə Silahlarının Yayılmamasına dair müqaviləyə həsr edilmiş bir ay sürəcək konfransın açılışında danışıb.

Bundan öncə İran prezidenti Mahmud Əhmədinejad İranın nüvə tərksilahına dair təkliflərinin praktik və ədalətli olacağını deyib.

ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət katibi Hillari Klinton bazar günü deyib ki, İran lideri diqqəti ölkəsinin silahların yayılmaması haqda müqaviləyə əməl etmədiyi məsələsindən yayındırmağa çalışacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar