SON XƏBƏRLƏR

Musəvi: Xalqların milli hüququ ilə bağlı unudulmuş maddələr icra olunmalıdır

2021.10.20, 07:36
Musəvi: Xalqların milli hüququ ilə bağlı unudulmuş maddələr icra olunmalıdır

Gunaz.tv

GünAzTv: Mayın 3-də Şərqi Azərbaycan əyalətinin islahat tərəfdarı olan fəalları ilə görüşən İran müxalifətinin lideri Mirhüseyn Musəvi konstitusiyanın (Anayasa) müxtəlif xalqların dili və mədəniyyəti ilə bağlı unudulmuş maddələrinin icrasını tələb edib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  Azərbaycanın müasir tarixinə, Təbrizin isə ölkənin siyasi, ictimai və düşüncə həyatındakı qabaqcıl roluna toxunan Musəvi milli dillərin əhəmiyyətindən danışıb: “Ölkəmizdəki dillər, rəngarəng və çeşidli mədəniyyətlər milli xəzinəmizin önəmli sərmayələri sayılır. Bu mədəni sərvətlərin əhəmiyyəti maddi sərvətdən az deyil. Ölkədə milli vəhdətin yaranmasının yeganə yolu konstitusiyanın bütün xalqların milli hüququ ilə bağlı bu günə qədər unudulmuş maddələrinin icrasından asılıdır.

Hesab edirəm ki, konstitusiyanın xalqların hüququ ilə bağlı unudulmuş və ya kənara qoyulmuş maddələri icra olunmalı və bununla bağlı ortaya çaxa biləcək mümkün problemlər ümumi səsə qoyulmalıdır. Təəssüflər olsun ki, bizim indiyə qədər ölkədəki müxtəlif dil və mədəniyyətlərə qarşı yanaşma tərzimiz qənaətbəxş olmayıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar